Skip to content
24 Aprel 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 16
  • Göyçay rayonunun Cırqurd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib

Göyçay rayonunun Cırqurd kəndində sakinlərlə növbəti səyyar qəbul keçirilib

admin 16 Oktyabr 2025 3 minutes read
559917257_1118544723796090_8076591540680467987_n
PAYLAŞIN:

15 oktyabr 2025-ci il tarixində Göyçay Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən Bığır kənd inzibati ərazi dairəsinə daxil olan Cırqurd kəndində vətəndaşlarla növbəti səyyar qəbul keçirilmişdir.

Qəbulda rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, Dövlət Təhlükəsizlik Xidmətinin Göyçay rayon şöbəsinin rəisi, RİH başçısı aparatının məsul əməkdaşları, idarə, müəssisə və təşkilat rəhbərləri, həmçinin kənd sakinləri iştirak ediblər.

Tədbir zamanı Natiq Ağayev ölkəmizdə son illərdə sosial-iqtisadi sahədə əldə olunan nailiyyətlər, Göyçay rayonunda aparılan abadlıq və quruculuq işləri, eyni zamanda əhalinin sosial rifahının yaxşılaşdırılması istiqamətində görülən tədbirlər barədə geniş məlumat verib.

Rayon rəhbəri çıxışında vətəndaş məmnunluğunun artırılması və göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə “Rəqəmsal İcra Hakimiyyəti” portalı (https://rih.gov.az) vasitəsilə onlayn müraciət etmək, təklif və rəylər bildirmək imkanlarının mövcud olduğunu sakinlərin diqqətinə çatdırıb.

Daha sonra Rayon İcra Hakimiyyəti başçısı aparatının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin məsləhətçisi Seymur Qasımov çıxış edərək, Cırqurd kəndində daha əvvəl keçirilmiş səyyar qəbul zamanı qaldırılan məsələlərin icra vəziyyəti barədə məlumat verib.

Bığır kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Hikmət Süleymanov isə çıxışında Cırqurd kəndinin sosial-iqtisadi vəziyyəti, əhali məşğulluğu və ərazidə görülən işlər barədə ətraflı məlumat təqdim edib.

Səyyar qəbul zamanı kənd sakinləri tərəfindən müxtəlif mövzularda müraciətlər səsləndirilib. Qaldırılan məsələlər diqqətlə dinlənilərək qeydiyyata alınıb və icrası nəzarətə götürülüb.

Sonda kənd sakinləri göstərilən diqqət və qayğıya görə ölkə Prezidentinə və rayon rəhbərliyinə dərin minnətdarlıqlarını ifadə ediblər.

Paraqraf.com

Loading

Visited 17 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan sülhməramlıları Qəzzaya gedir?
Next: İlham Əliyev Qazaxıstana dövlət səfəri edəcək

OXŞAR MÖVZULAR

IMG-20260424-WA0016

Sabiq nazir açıq danışdı: “Azərbaycan təkbaşına siyasət yürüdə biləcək qədər böyük deyil”

admin 24 Aprel 2026
IMG_5781

Sabah Bakıda yağış yağacağı ehtimalı var

admin 24 Aprel 2026
IMG-20260424-WA0011

Bu il yarış dəyişir: ən yüksək bal artımı I qrupda gözlənilir

admin 24 Aprel 2026

XƏBƏR LENTİ

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib iqdTQ73yw3vMrdZsKsC8AvhGJJez5mRs4urkOuHa_1200

Əli Əsədov Gürcüstanın Azərbaycandakı səfirini səlahiyyətinin bitməsi ilə bağlı qəbul edib

24 Aprel 2026
Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib eb802d95-d8d6-377f-a642-56f178998289_1200

Premyer Liqa: XXXI turun oyun cədvəli müəyyənləşib

24 Aprel 2026
Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib cY7U9VOGi3Qpu2jq0pjh9M2J2HnrRej2dpm17OTO_1200

Küveytin İraqla sərhəddəki buraxılış məntəqələrinə PUA ilə hücum edilib

24 Aprel 2026
Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub ZZZ996h8jGTZwXo6wZCgl2oGUIChmjskhzq20zxs_1200

Ukrayna ordusu Taqanroqdakı hərbi müəssisəni “Neptun” raketləri ilə vurub

24 Aprel 2026
Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır PSie4IoDPPbOdlJGWzexR8neGfBjcyfEeIS1IbIz_1200

Qazaxıstan Şərq-Qərb marşrutunun inkişafında Azərbaycana arxalanır

24 Aprel 2026
Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb fxlFyRewGbdWxqy2mbtO1EPbISkwX0WIGIp33V0o_1200

Məxfi məlumatlarla 400 min dollardan çox qazanc əldə edən ABŞ hərbçisinə ittiham irəli sürülüb

24 Aprel 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.