Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ÖZƏL/Əfsanə Rüstəmova: “Bizim simpatiya duyduğumuz insanlar, əslində, bizə ümid işığını yandıran insanlardır”
ÖZƏLMANŞET

Əfsanə Rüstəmova: “Bizim simpatiya duyduğumuz insanlar, əslində, bizə ümid işığını yandıran insanlardır”

16 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Hər bir insanın həyat yolu fərqlidir, lakin bu yolda bizi irəli aparan, addımlarımıza güvən qatan məqamlar çox vaxt başqaları ilə olan bağlarımızdan yaranır. Bəzən bir insanın varlığı, onun səsi, davranışı, həyata baxışı bizdə dərin bir yaxınlıq hissi oyadır. Bu hiss simpatiyadır – ruhun ruhu tanıması, insanın insanda özünü görməsi. Simpatiya, sadəcə bəyənmək deyil, bir növ daxili aynadır – bizə kim olmaq istədiyimizi, kimə çevrilmək istədiyimizi göstərən bir güzgü… Psixoloq Əfsanə Rüstəmovanın mövzu ilə bağlı səsləndirdiyi fikirlər bu hissin insan həyatındakı mühüm rolunu aydın şəkildə ortaya qoyur.

 

Mövzu ilə bağlı psixoloq Əfsanə Rüstəmova “Paraqraf.com”a açıqlamasında bildirib ki, insanların həyatı müxtəlif mərhələlərə ayrılır:

“Bu ayrılan istiqamətlərdə hər kəsin yolda ondan daha öncə bu yolu getmiş və ya onunla eyni anda bu yolu gedən insanlarla rastlaşması insanın ən birinci ehtiyacı olan güvən hissini verir. Bu güvən hissinin yaranmasına səbəb – bizim qarşı tərəfə, onun yoluna, davranışına, səs tonuna, halına, müvəffəqiyyətinə və s. duyduğumuz rəğbətdir. Bu rəğbət isə simpatiyanın əsas başlanğıc resursudur. Amma rəğbət özü təkbaşına simpatiya yarada bilmir”.

Psixoloq insanların bir-birilərinə simpatiya duymasının vacibliyinə də toxunub:

“Eyni yolu gedən insanların yolda bir-birilə təəssürat bölüşməsi və bu yolun nə qədər güvəndə olması, yolda hansı narahatlıqların ola biləcəyi ilə bağlı məlumatları verən bir bələdçinin olması insana güvən verir. Bu bələdçilər bizdə simpatiya hissi oyadır. Adətən, bizim olmaq istədiyimiz versiyaya yaxın və ya ortaq nöqtələri olan insanları görəndə onlara simpatiya duymaya başlayırıq”.

Əfsanə Rüstəmova həmçinin simpatiyanın insan həyatındakı roluna da diqqət çəkib:

“İnsanların həyatını davam etdirməsi üçün motivasiya lazımdır. Simpatiya duyduğumuz insanlar isə bizə ümid verənlərdir. Onlar bizə göstərir ki, yaşamağa dəyər və bu yolun sonunda işıq var. Bizim simpatiya duyduğumuz insanlar, əslində, bizə ümid işığını yandıran insanlardır. Onlar bizə davam etməyimiz lazım olduğunu xatırladırlar. Ona görə də insanların həyatında simpatiya duyduğu şəxslərin olması vacibdir. Əgər həyatımızda bir çox insana simpatiya duyuruqsa, deməli, biz o qədər daha çox pozitiv, xoşbəxt və ümidliyik”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qan donorluğunun inkişafı və təbliği ilə bağlı iki tərəfli görüş keçirilib

Next

Saxta medal verənlərin işini bu idarə araşdırır – 3 nəfər məsuliyyətə cəlb olundu

Copyright 2026— Praqraf.com. All rights reserved