Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Azərbaycanın dövlət borcu nə qədərdir?
İQTİSADİYYAT

Azərbaycanın dövlət borcu nə qədərdir?

16 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

2025-ci il 1 iyul vəziyyətinə Azərbaycanın dövlət borcunun (xarici vədaxili) ümumi məbləği 25695,6 milyon manat ekvivalentində və ya proqnozlaşdırılan ÜDM-in 19,6 faizini təşkil edib.

Paraqraf.com xəbər verir ki, bu, Maliyyə Nazirliyinin tərtib etdiyi “2026-2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə əksini tapıb.

Bildirilib ki, ümumi dövlət borcunun 8518,2 milyon manatı (5.010,7 milyon ABŞ dolları) vəya 33,2 faizi xarici dövlət borcunun (ÜDM-in 6,5 faizi), 17177,4 milyon manatı vəya 66,8 faizi daxili dövlət borcunun (ÜDM-in 13,1 faizi) payına düşür.

2025-ci il 1 yanvar tarixinəolan göstərici ilə müqayisədə xarici dövlət borcunun məbləği mütləq ifadədə119,0 milyon ABŞ dolları (202,3 milyon manat) və ya 2,3 faiz, ÜDM-ə nisbəti isə 0,4 faiz bəndi azalıb.

Dəyişkən faiz dərəcəsi ilə olan öhdəliklər xarici borc portfelinin 49,3 faizini, sabit dərəcə ilə olanlar isə 50,7 faizini təşkil edib. Xarici dövlət borcunun 49,9 faizi 5 ilə qədər olan müddətdə,  44,1 faizi  5  ildən 10 ilə qədər olan müddətdə,  6,0  faizi  isə10  ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır.

Qeyd olunan tarixə xarici dövlət borcunun valyuta tərkibi aşağıdakı kimi olub: XBH (Beynəlxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları) –3,4 faiz, valyutalar üzrə isə ABŞ dolları ilə–85,1 faiz, avro –6,5 faiz, yapon yeni –3,3 faiz, digər valyutalar –1,7 faiz.

Daxili dövlət borcu 2025-ci ilin əvvəli ilə müqayisədə1.482,3 milyon manat vəya 7,9 faiz azalıb. 2025-ci ilin 1 iyul tarixinə daxili dövlət borcunun ÜDM-ə nisbəti 2025-ci ilin əvvəli ilə müqayisədə1,7  faiz  bəndi azalıb. Daxili dövlət  borcunun 46,7 faizini dövlət qiymətli kağızları, 53,3 faizini isə 2023-cü ilin sonundan etibarən dövlət borcuna aid olan “Aqrarkredit” QSC BOKT-un dövlət zəmanətli borcu təşkil edir. Dövlət qiymətli kağızlarının 12,9 faizi 1 illik, 57,0 faizi 2 və3 illik, 30,1 faizi isə5 il vədaha artıq müddətli qiymətli kağızların payına düşür.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Polis Akademiyasına minimum keçid balı açıqlandı – FOTO

Next

Qatara görə işə gecikirsinizsə arayış ala bilərsiniz

Copyright 2026— Praqraf.com. All rights reserved