Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Bakıda Türkmənistan Mədəniyyəti Günlərinə həsr olunmuş konsert – FOTO
MƏDƏNİYYƏT

Bakıda Türkmənistan Mədəniyyəti Günlərinə həsr olunmuş konsert – FOTO

15 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə Türkmənistan Mədəniyyəti Günləri keçirilir.

Oktyabrın 13-də Heydər Əliyev Mərkəzində mədəniyyət günlərinin açılışı münasibətilə möhtəşəm konsert proqramı təqdim olunub.

Paraqraf.com xəbər verir ki, konserti mədəniyyət naziri Adil Kərimli, Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, digər rəsmilər, millət vəkilləri, diplomatik korpusun təmsilçiləri, iki ölkənin mədəniyyət xadimləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Əvvəlcə gecənin aparıcıları Azərbaycanla Türkmənistanı qədim tarix və ortaq mədəni-mənəvi dəyərlərin birləşdirdiyini vurğulayıblar. İki ölkə liderlərinin müdrik siyasəti nəticəsində qardaş respublikalar arasında bütün sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi diqqətə çatdırılıb.

Sonra səhnə qardaş ölkədən gəlmiş incəsənət nümayəndələrinin ixtiyarına verilib. Türkmənistanın tanınmış ifaçı və kollektivləri bir-birindən maraqlı musiqi və rəqs nömrələri, aşıq (baxşı) havaları ilə tamaşaçıların könlünü oxşayıblar.

Proqramda bu il 140 illiyi dövlət səviyyəsində qeyd olunan, bir əsrdən çoxdur əbədiyaşar əsərləri ilə Mərkəzi Asiyanın dost ölkələrində, o cümlədən Türkmənistanda geniş şöhrət qazanmış dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin yaradıcılığına da yer verilib.

Konsert qardaş xalqlarımızın birlik və bərabərliyinə sənət töhfəsi kimi qəbul olunub, alqışlarla qarşılanıb.

Qeyd edək ki, maraqlı proqramı olan Türkmənistan Mədəniyyəti Günləri paytaxtımızla yanaşı, Gəncə şəhərində də davam edəcək.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xalq artisti Ramiz Quliyevin dəfn olunacağı yer məlum olub – YENİLƏNİB

Next

Müdrik lider, böyük strateq, qalib sərkərdə

Copyright 2026— Praqraf.com. All rights reserved