Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Almaniya bu ölkəyə “Eurofighter” döyüş təyyarələrini göndərir
DÜNYA

Almaniya bu ölkəyə “Eurofighter” döyüş təyyarələrini göndərir

15 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Almaniya NATO-nun şərq cinahını qorumaq məqsədilə Polşanın Malbork hərbi hava bazasında “Eurofighter” döyüş təyyarələri yerləşdirəcək.

Paraqraf.com xəbər verir ki, Almaniya Müdafiə Naziri Boris Pistorius Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısında jurnalistlərə açıqlama verib.

Nazir Pistorius bildirib:

“Hazırda bir neçə Eurofighter təyyarəsi ilə Rumıniyanın Köstəncə şəhərindəyik. Gələcəkdə bir neçə “Eurofighter” ilə Polşanın Marburq şəhərində də olacağıq. Beləliklə, ittifaqın şərq sərhədində daha aktiv, daha görünən və daha güclü iştirak göstərəcəyik. Patrul uçuşları ilə şərq cinahının qorunmasına töhfə verəcəyik”.

Almaniyanın göndərəcəyi təyyarələr NATO-nun “Eastern Sentry” (Şərq Növbətçisi) əməliyyatı çərçivəsində fəaliyyət göstərəcək.

Bu əməliyyat sentyabr ayında Rusiyaya məxsus pilotsuz uçuş aparatlarının Polşa hava məkanını pozmasına cavab olaraq başladılıb.

Polşadakı yeni missiya dekabr ayında başlayacaq və 2026-cı ilin mart ayına qədər davam edəcək.

Almaniya ilə yanaşı Fransa, İngiltərə, Çexiya və Danimarka da “Eastern Sentry” əməliyyatına qatılır.

Almaniya daha əvvəl Rostock-Laage hava bazasından Polşadakı qoruyucu uçuşlara dörd ədəd Eurofighter döyüş təyyarəsi ilə dəstək vermişdi.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

İran gəmiləri Azərbaycana gəldi – FOTO

Next

Hikmət Hacıyev – dövlətə sədaqətin siması

Copyright 2026— Praqraf.com. All rights reserved