19 Sen 2026, Şb

XİN Qətərə başsağlığı verdi

PAYLAŞIN:

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Qətərə başsağlığı verib.

Paraqraf.com xəbər verir ki, bu barədə XİN-in sosial şəbəkə hesabında paylaşım edilib.

“Biz Qətər Dövlətinin hökumətinə və xalqına Misirdə baş vermiş avtomobil qəzasında qətərli diplomatların faciəvi ölümü ilə əlaqədar başsağlığı veririk”, – paylaşımda vurğulanıb.

Qeyd edək ki, üç qətərli diplomat Misirdə avtomobil qəzasında həlak olublar.

Paraqraf.com

Loading