19 Sen 2026, Şb

Qəzza üzrə “Sülh Sammiti”ndə iştirak edəcək dövlət rəhbərlərinin adları açıqlanıb

PAYLAŞIN:

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qəzza üzrə “Sülh Sammiti”ndə iştirak edəcək.

Paraqraf.com bu barədə Türkiyə KİV-ə istinadən xəbər verir ki, Türkiyə lideri bu məqsədlə oktyabrın 13-də Misirə səfər edəcək.

ABŞ Prezidenti Donald Trampın da sammitdə iştirak edəcəyi təsdiqlənib. “The Guardian” nəşri Ağ Ev rəhbəri və Misir Prezidenti Əbdülfəttah əs-Sisinin “Sülh Sammiti”nə başçılıq edəcəklərini yazıb.

Sammitdə 20-dən çox dövlət rəhbərinin iştirakı gözlənilir. Onların arasında Böyük Britaniyanın Baş naziri Kir Starmer, İtaliyanın Baş naziri Corcia Meloni, İspaniyanın Baş naziri Pedro Sançes, Fransa Prezidenti Emmnuel Makron və BMT-nin baş katibi Antonio Quterreş də var.

Xatırladaq ki, oktyabrın 13-ü Misirin Şarm əş-Şeyx şəhərində Qəzza zolağında müharibənin dayandırılmasına həsr olunmuş “Sülh Sammiti” keçiriləcək.

Paraqraf.com

Loading