PAYLAŞIN:

Türkiyənin “Beşiktaş” klubunun hücumçusu El Bilal Ture zədələnib.

Paraqraf.com xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Forvardın ayaq əzələsində problem olduğu bildirilib.

24 yaşlı futbolçu təxminən 2-3 həftə yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Ture bu ilin avqustunda “Atalanta”dan icarəyə götürülüb. O, “Beşiktaş”ın heyətində keçirdiyi 5 rəsmi oyunda 1 qol vurub.

Paraqraf.com

Loading