Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Rural və şəhər məktəbləri arasında keyfiyyət fərqləri: çıxış yolları və təkliflər
CƏMİYYƏT

Rural və şəhər məktəbləri arasında keyfiyyət fərqləri: çıxış yolları və təkliflər

11 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Təhsilin səviyyəsi bir ölkənin inkişafının güzgüsüdür. Bu güzgüyə diqqətlə baxanda, Azərbaycan reallığında bir məsələ dərhal nəzərə çarpır: şəhər və kənd məktəbləri arasında keyfiyyət uçurumu. Müasir texnologiyalar, resurslar, müəllim potensialı və tədris imkanları baxımından bu fərq hələ də ciddi şəkildə qalmaqdadır.

Şəhər məktəbləri daha çox maddi-texniki baza, tədris vasitələri, interaktiv sinif otaqları və təlim proqramları ilə təmin olunur. Burada müəllimlər üçün ixtisasartırma və inkişaf kursları daha əlçatandır. Kənd məktəblərində isə çox zaman köhnə binalar, məhdud laboratoriya avadanlıqları, zəif internet bağlantısı və müəllim çatışmazlığı müşahidə olunur.

Bu fərq yalnız maddi imkanlarla məhdudlaşmır. Şəhərdə oxuyan şagird daha çox yarış mühitində böyüyür, fərqli dərnəklərə, olimpiadalara və layihələrə qatılır. Kənd şagirdi isə çox vaxt bu imkanlardan xəbərsiz qalır və bu da bərabər təhsil hüququnu pozur

Keyfiyyət fərqi özünəinam fərqinə çevrilir. Kənd gəncləri bəzən düşünür ki, “biz şəhərdəkilər kimi uğur qazana bilmərik.” Bu inamsızlıq təhsildə passivliyə və gələcəkdə sosial fərqlərin dərinləşməsinə gətirib çıxarır.

Çıxış yolu olaraq, —internetlə təmin olunma və online tədris platformalarının əlçatanlığı, şəhər müəllimlərinin müəyyən dövrlə kənd məktəblərində dərs deməsi, həmçinin kənd müəllimlərinə mənəvi maddi stimul verilməsi— göstərilə bilər. Həmçinin, mobil laboratoriyalar, tələbə-könüllülük proqramları məsələnin həlli üçün seçimlər ola bilər.

Əgər ölkə təhsil sistemində ədalət və inkişaf istəyiriksə, təhsil bərabərliyini təmin etməkdən başlamalıyıq. Hər bir kənd uşağı şəhərdəkilər kimi potensiala malikdir; sadəcə, ona şərait və inam lazımdır. Gələcəyin savadlı, düşünən və yaradıcı nəsli yalnız o zaman formalaşacaq ki, təhsilin keyfiyyəti coğrafiyadan asılı olmasın.

 

M.Mehdiyeva

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Lənkəranda “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçilirilib

Next

Hərə öz yükü ilə… – Fotolar

Copyright 2026— Praqraf.com. All rights reserved