Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Gənclərin sosial mediaya asılılığı və psixoloji təsirləri
CƏMİYYƏT

Gənclərin sosial mediaya asılılığı və psixoloji təsirləri

11 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu gün yeniliklərdən xəbərdar olmaq üçün artıq qəzet, jurnal oxumağa ehtiyac yoxdur — hər şey bir ekranın içindədir. Sosial media həyatımızın mərkəzinə çevrilib. Lakin bu “virtual dünya” xüsusilə gənclər üçün həm cazibədar, həm də təhlükəli bir bataqlığa bənzəyir.

Gənclər sosial mediada özlərini ifadə edir, paylaşır, izlənir və bəyənilir. Lakin bu bəyənilmə hissi tədricən asılılığa çevrilir. Artıq “xoşbəxtlik” bəyənmə sayından, “dəyər” isə izləyici sayından ölçülür. Ekrandan uzaq qaldıqda yaranan boşluq, narahatlıq və tənha hiss — bu, adi hal deyil, psixoloji asılılığın göstəricisidir.

Sosial media reallığı təhrif edir. Filtrlənmiş şəkillər, saxta gülümsəmələr, parıltılı həyat tərzləri gənclərdə “mən niyə belə deyiləm?” düşüncəsini yaradır. Özünü dəyərsiz hiss edən gənclər getdikcə daha çox virtual aləmdə təsəlli axtarır. Bu isə real dostluqların, söhbətlərin, insan ünsiyyətinin azalmasına səbəb olur.

Psixoloqların fikrincə, sosial mediaya asılılıq beyin fəaliyyətinə də təsir edir — diqqət dağılır, yaddaş zəifləyir, yuxu rejimi pozulur. Ən təhlükəlisi isə, gənclərin real həyatla virtual dünyanın sərhədlərini itirməsidir.

Amma çıxış yolu var: texnologiyanı düşmənə çevirmədən, ondan düzgün istifadə etməyi öyrənmək. Sosial media insanın xidmətində olmalıdır, insan sosial medianın yox. Real həyatda təbiətlə, ailə ilə, dostlarla ünsiyyət bəzən bir “like”dan daha çox xoşbəxtlik gətirə bilər.

M.Mehdiyeva

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Vətən uğurunda vuruşan şəhidimiz Bəhruz Quliyev…

Next

Lənkəranda “XIX əsr İrəvan mətbəxi” kitabının təqdimatı keçilirilib

Copyright 2026— Praqraf.com. All rights reserved