Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/“Gənclərin siyasətə marağı: həqiqət, yoxsa formal iştirak?”
CƏMİYYƏT

“Gənclərin siyasətə marağı: həqiqət, yoxsa formal iştirak?”

10 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bu gün ölkəmizdə gənclərin siyasətdə iştirakı geniş şəkildə təşviq olunur. Hər yerdə “gənclər gələcəyimizdir” şüarı səslənir, partiyalarda, ictimai birliklərdə və könüllü təşkilatlarda minlərlə gənc fəaliyyət göstərir. Amma bəzən bu fəallığın arxasında bir sual dayanır: bu, həqiqi maraqdır, yoxsa formal iştirak?

Yeni Azərbaycan Partiyası (YAP) və digər təşkilatlar gənclərin siyasi proseslərə cəlb olunması üçün müxtəlif layihələr həyata keçirirlər. Təlimlər, forumlar, debatlar və ictimai aksiyalar gənclərin özünüifadəsi üçün mühüm meydandır. Bəzi hallarda gənclərin fəaliyyəti sadəcə şəkil üçün, “statistik göstərici” xatirinə olur. Yəni, iştirak var, amma təşəbbüs, fikir və inam azdır.

Əslində, siyasət təkcə partiya üzvlüyü və tədbirlərdə görünmək deyil. Siyasət — mövqeyə sahib olmaq, düşünmək və təsir göstərmək bacarığıdır. Əgər hir gənc cəmiyyətin problemlərinə biganə qalmır, suallar verir, ədalət və inkişaf istəyirsə, o, artıq siyasətin içindədir — istər partiyada olsun, istərsə də sadəcə vətəndaş mövqeyi ilə.

Bu gün gənclərin çoxu sosial şəbəkələrdə daha sərbəst fikir bildirir, müzakirələrə qoşulur, bəzən isə dəyişiklik istəyini virtual məkanda ifadə edir. Bu göstərir ki, siyasətə maraq var, sadəcə onun forması dəyişib. Gənclik indi ekranda danışır.

Gənclərin siyasətə marağını artırmaq üçün onlara söz və qərar azadlığı verilməlidir. Formal iştirakla gələcək qurmaq olmaz — gərək gənclər öz fikirlərinə inanıb onu ifadə edə bilsinlər. Yalnız o zaman “gənclər gələcəyimizdir” cümləsi şüar yox, gerçəklik olacaq. Bu isə gənclərin inamına, ilkin növbədə isə onları inandırmağa dayanır.

M.Mehdiyeva

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Ucuz və keyfiyyətsiz makiyaj vasitələri dəridə fəsadlara yol açır? – AÇIQLAMA

Next

“Şirvanın təhsil mənzərəsi: uğurlar və problemlər”

Copyright 2026— Praqraf.com. All rights reserved