Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Ekoloji maarifləndirmə və zəfər ruhu: “Təbiət və Cəmiyyət” nümunəsi
MANŞETÖZƏL

Ekoloji maarifləndirmə və zəfər ruhu: “Təbiət və Cəmiyyət” nümunəsi

10 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

Bu gün ətraf mühitin mühafizəsi təkcə ekoloji məsələ deyil, həm də cəmiyyətin sağlam gələcəyi üçün strateji prioritetdir. Məhz bu məqsədlə fəaliyyət göstərən “Təbiət və Cəmiyyət” ictimai birliyi öz işini həm təbiətin qorunması, həm də insanların ekoloji düşüncəsinin formalaşdırılması istiqamətinə yönəldib. Birlik 2007-ci ildən Ədliyyə Nazirliyindən qeydiyyatdan keçib fəaliyyətə başlayan vaxtan rəhbərlik edən İsrafil İsmayılov uzun illərdir ki, bu sahədə ardıcıl və faydalı təşəbbüslərlə çıxış edir.
Birliyin fəaliyyətinin başlıca və əsas məqsədi ; təbiətin qorunmasına, eləcə də ekoloji tarazlığın saxlanılmasına köməklik göstərməkdir.

Bu məqsədə çatmaq üçün Birlik üzvləri təbiətin mühafizəsi üzrə müxtəlif proqramların, seminarların və digər tədbirlərin həyata keçirilməsinə dəstək verir. Bu məqsədlə
maarifləndirici treninqlər, kurslar və seminarlar təşkil edir; ölkənin təbii sərvətlərinin qorunmasına köməklik göstərir.
Ətraf mühitin və insan sağlamlığının qorunmasını prioritet kimi müəyyənləşdirir.

Birliyin fəaliyyəti təkcə ekoloji tədbirlər və layihələrlə məhdudlaşmayıb. Belə ki, 44 günlük Vətən Müharibəsi dönəmində və ondan sonrakı illərdə “Təbiət və Cəmiyyət” ictimai birliyi həm vətənpərvərlik ruhunu gücləndirən, həm də şəhid ailələrinə və qazilərə dəstək xarakterli müxtəlif tədbirlər həyata keçirib. Bu tədbirlər çərçivəsində:

Maarifləndirici görüşlər, ətraf mühitin bərpası ilə bağlı aksiya və layihələr təşkil edilib.

Sosial dəstək proqramlarında gənclərin milli ruhda, ekoloji şüurla yetişdirilməsi istiqamətində tədbirlər təşkil olunub.
İsrafil İsmayılovun rəhbərliyi ilə bu təşəbbüslər həm ictimaiyyət tərəfindən müsbət qarşılanıb, həm də dövlət və qeyri-hökumət qurumları ilə uzunmüddətli əməkdaşlıq üçün geniş imkanlar yaradıb.

Nəticə etibarilə, “Təbiət və Cəmiyyət” ictimai birliyi təkcə təbiəti qorumaq deyil, cəmiyyətin ekoloji mədəniyyətini formalaşdırmaq, sosial məsuliyyətini artırmaq və Zəfər ruhunu yaşatmaq missiyasını da uğurla davam etdirir. Yaxın günlərdə Milli QHT Forumuna üzv qəbul edilən “Təbiət və cəmiyyət” ictimai birliyi üzvləri ilə birgə bundan sonra da cəmiyyətin ekoloji maariflənməsi işini daha da inamlı davam etdirəcəklər.

Türkanə Səfərova
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mübariz Quliyev: Akademiyamızın 120 məzunu artıq tam peşəkar kimi fəaliyyət göstərə bilər

Next

Gənclərin sosial şəbəkələrdə davranış mədəniyyəti

Copyright 2026— Praqraf.com. All rights reserved