Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Bakıda Üzeyir Hacıbəyli və litvalı bəstəkarın şərəfinə konsert keçiriləcək
MƏDƏNİYYƏT

Bakıda Üzeyir Hacıbəyli və litvalı bəstəkarın şərəfinə konsert keçiriləcək

10 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Bakıda oktyabrın 10-da Litva səfirliyinin təşkilatçılığı ilə iki görkəmli bəstəkarın – Üzeyir Hacıbəylinin və Mikaloyus Konstantinas Çyurlyonisin (Mikalojus Konstantinas Čiurlionis) əsərlərinin səsləndiriləcəyi konsert keçiriləcək.

Bu barədə Paraqraf.com Litvanın Azərbaycandakı səfiri Kestutis Vaşkelyaviçyus (Kęstutis Vaškelevičius) bildirib.

Konsert litvalı dirijor Vilmantas Kalyunasın (Vilmantas Kaliūnas) rəhbərliyi altında Azərbaycan Filarmoniya Orkestrinin ifasında keçiriləcək.

“Bu ilin sentyabrında iki görkəmli bəstəkarın – Üzeyir Hacıbəylinin 140 illiyini və Mikaloyus Konstantinas Çyurlyonisin (Mikalojus Konstantinas Čiurlionis) 150 illiyini qeyd etdik”, – diplomat bildirib.

Səfirin sözlərinə görə, Azərbaycan və Litva arasında mədəniyyət sahəsində əməkdaşlıq əhəmiyyətli olaraq qalır:

“Ümumiyyətlə, mədəniyyət sahəsində əməkdaşlıq potensialı böyükdür və hər iki tərəfdən maraq müşahidə olunur. Məsələn, bu yay Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə, həmçinin folklor festivalında iştirak etmək üçün Azərbaycanın “Vatan Music Group” qrupu Vilnüsə səfər edib. Kollektiv beynəlxalq iştirakçılar arasında iki əsas mükafat qazanıb. Bu isə Litvanın Azərbaycan mədəniyyətinə marağını və mədəni mübadilənin dəyərini nümayiş etdirir”.

Diplomat qeyd edib ki, mədəniyyət sahəsində əməkdaşlığın ən güclü tərəflərindən biri müəssisələr və ayrı-ayrı incəsənət xadimləri arasında birbaşa əlaqələrdir.

“Ölkələrimizin milli filarmoniyaları arasında əməkdaşlıq haqqında saziş mövcuddur. Onlar demək olar ki, hər il görüşlər təşkil edirlər. Sənətkarlar arasında birbaşa qarşılıqlı əlaqənin baş verməsi mədəniyyət sahəsində əməkdaşlığımızın potensialının ən parlaq göstəricilərindən biridir. Artıq indi biz sənətkarlarımız və mədəniyyət qurumlarımız arasında uğurlu və məhsuldar mübadilənin şahidi oluruq”, – o vurğulayıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Anar Əsədlinin cinayət işi iki il sonra yenidən qaldırıldı

Next

Ağ Ev Nobel Komitəsini Sülh Mükafatını siyasiləşdirməkdə ittiham etdi

Copyright 2026— Praqraf.com. All rights reserved