Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Azərbaycan tarixinə həsr olunmuş yeni filmin çəkilişlərinə başlanılıb
MƏDƏNİYYƏT

Azərbaycan tarixinə həsr olunmuş yeni filmin çəkilişlərinə başlanılıb

10 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın zəngin və çoxşaxəli tarixi kino ekranında yeni bir layihə ilə canlandırılacaq.

Paraqraf.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.

Bildirilib ki, “Caspian Media Group” tərəfindən istehsal edilən və Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) sifarişi ilə həyata keçirilən yeni bədii-sənədli filmin çəkilişlərinə rəsmi olaraq başlanılıb.

Layihənin məqsədi Azərbaycanın qədim dövlətçilik ənənələrini, mədəni irsini və tarixi şəxsiyyətlərini müasir kino dili ilə tamaşaçıya təqdim etməkdir. Film həm sənədli faktların, həm də bədii təxəyyülün vəhdəti kimi qurulub və milli kimliyin formalaşmasında mühüm mərhələləri əhatə edəcək.

Baş rollarda tanınmış aktyorlar Rüstəm Cəbrayılov və Ümid Qədimli çıxış edirlər. Ekran əsərində Xalq artisti Vidadi Həsənov, eləcə də Duyğu Dəvəli, Səmimi Fərhad, Manaf Dadaşov, Rumiyə Ağayeva, Corc Qafarov və Nigar Qədirli kimi tanınmış simalar da rol alıblar.

Filmin yaradıcı heyətində Azərbaycan kinematoqrafiyasının təcrübəli peşəkarları ilə yanaşı, gənc mütəxəssislər də bir araya gəlib. Layihənin quruluşçu rejissoru Elmar Bayramov tarixi materiallara əsaslanaraq, tamaşaçıya emosional və vizual baxımdan təsirli ekran əsəri təqdim etməyi hədəfləyir.

Hazırda çəkilişlər Azərbaycanın bir neçə bölgəsində – tarixi abidələri və təbiət mənzərələri ilə seçilən məkanlarda aparılır. Layihənin nümayəndələrinin sözlərinə görə, filmdə ən müasir texnoloji həllər və kino effektlərindən istifadə olunacaq, bu da tamaşaçılara həm tarixi gerçəklikləri, həm də estetik baxımdan güclü bir vizual təcrübə yaşatmağa imkan verəcək.

Bu film Azərbaycan tarixi mövzusunda milli kino irsinə yeni nəfəs gətirəcək və ölkəmizin mədəni təbliğatında mühüm rol oynayacaq.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Süd və süd məhsullarının istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb

Next

Qəzza sakinləri anklavın şimal hissəsinə qayıdırlar

Copyright 2026— Praqraf.com. All rights reserved