Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Ancelina Colinin Bred Pittdən ayrılmasının təfərrüatı açıqlanıb
DÜNYA

Ancelina Colinin Bred Pittdən ayrılmasının təfərrüatı açıqlanıb

10 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Aktrisa Ancelina Coli keçmiş əri Bred Pittə qarşı Fransadakı “Château Miraval” malikanəsi və şərab zavodu ilə bağlı iddia qaldıraraq məhkəmə xərcləri üçün 33 min dollar tələb edib.

Paraqraf.com xəbər verir ki, bu barədə “People” yazıb.

50 yaşlı aktrisa iddia ərizəsində bildirib ki, Los-Ancelesdəki evlərində və “Miraval” malikanəsində yaşamaq hüququnu heç bir kompensasiya almadan könüllü olaraq Pittə verib və bunu keçmiş həyat yoldaşının çətin və travmalı dövrünü daha rahat keçirməsi üçün edib.

Coli vurğulayıb ki, boşanandan sonra “Miraval” malikanəsinə nə o, nə də uşaqları gediblər. Bunun səbəbi ailəsinin dağılmasına gətirib çıxaran acı xatirələrdir.

Aktrisa keçmiş əri ilə problemlərini sülh yolu ilə həll etmək cəhdlərindən də danışaraq bildirib ki, o, bütün pullarını malikanəyə yatırıb, lakin Breddən aliment və ya maliyyə dəstəyi tələb etməyib. 2017-ci ildə aktrisa Pittə malikanədəki payını satın almağı təklif edib, ancaq təklifi rədd edilib.

Cütlük malikanəni 2008-ci ildə əldə edib. 2022-ci ildə Coli müəssisədəki payını satıb. Pitt bu sövdələşmənin qanuniliyinə etiraz edərək Colinin onun razılığı olmadan belə əməliyyat həyata keçirilmək hüququnun olmadığını bildirib. Aktrisa isə onun icazəsinə ehtiyacı olmadığına israr edir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Qəzza sakinləri anklavın şimal hissəsinə qayıdırlar

Next

Filippin sahillərində növbəti güclü zəlzələ: Ölənlər var

Copyright 2026— Praqraf.com. All rights reserved