Skip to content
04 İyun 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Oktyabr
  • 10
  • ABŞ-Ukrayna münasibətləri yeni mərhələdə: Prioritetlər dəyişib, maraqlar toqquşur

ABŞ-Ukrayna münasibətləri yeni mərhələdə: Prioritetlər dəyişib, maraqlar toqquşur

Həsən 10 Oktyabr 2025
IMG-20251010-WA0046
PAYLAŞIN:

Son aylarda ABŞ ilə Ukrayna arasındakı münasibətlərdə diqqətçəkən dəyişikliklər müşahidə olunur. Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ Prezidenti Donald Trampın Ukraynaya “Tomahawk” raketləri göndərəcəyi və Rusiya ilə atəşkəsin əldə olunmasına yardım göstərəcəyi təqdirdə onu Nobel Sülh Mükafatına təqdim etmək niyyəti, iki ölkə arasında diplomatik dinamikanın yeni fazaya keçdiyini göstərir. Lakin ekspertlərə görə, Vaşinqtonun hazırkı siyasəti əvvəlki kimi Ukraynanın ərazi bütövlüyünü prioritet saymır.

Mövzu ilə bağlı Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyası İdarə Heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu Paraqraf.com-a açıqlamasında bildirib ki, hazırda Ukrayna məsələsində prioritetlər dəyişib:


“Müharibə başlayandan bəri bir çox istiqamətlərdə ciddi dəyişikliklər baş verib. ABŞ-də hökumət dəyişikliyi ilə yanaşı, Vaşinqtonun Ukrayna siyasətinə baxışı da fərqli olub. Tramp üçün əsas məsələ Ukraynanın ərazi bütövlüyü deyil, bu savaşdan necə faydalanmaqdır. Hazırda ABŞ Ukrayna müharibəsindən Avropa İttifaqına təzyiq vasitəsi kimi istifadə edir”.

Siyasi şərhçinin sözlərinə görə, faydalı qazıntılarla bağlı imzalanmış sazişlərdən sonra ABŞ öz maraqlarının bir hissəsini təmin edib:

“İndi Vaşinqton üçün əsas hədəf Avropa İttifaqının ABŞ-nin iqtisadi və siyasi təsiri altında qalmasını təmin etməkdir. Aİ son dövrlər müstəqil siyasət yürütməyə, ABŞ maraqlarından kənar qərarlar verməyə çalışır. Bu isə Vaşinqtonu ciddi şəkildə narahat edir”.

Əli Zülfüqaroğlu hesab edir ki, Rusiyanın Ukrayna ilə yanaşı, Polşa və Estoniyaya da hücum etməsi ABŞ-nin maraqlarına uyğun gəlir:

“Avropa İttifaqı özünü təhlükəsiz hiss etdikcə, müstəqil siyasət yürütmək cəhdləri artır. Buna görə də ABŞ üçün Avropada gərginliyin saxlanması faydalıdır. Bu mənada Rusiya və ABŞ arasında Ukrayna məsələsində pərdəarxası razılaşmanın olması ehtimalı böyükdür. Əgər belə olmasaydı, Rusiya NATO ilə üz-üzə gəlməyə əsas verən addımlar atmaqdan çəkinərdi. Hazırda Moskvanın dəyənək rolu oynaması Vaşinqtonun maraqlarına tam cavab verir”.

 

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

About The Author

Həsən

See author's posts

Post navigation

Previous: Qəzzada sülh, Yaxın Şərqdə atəşkəs – Keyfiyyətcə yeni İsrailə doğru – ŞƏRH
Next: Azərbaycan və Türkiyə SAT-SAS üzrə ikitərəfli xüsusi təlimlər keçirəcək

OXŞAR MÖVZULAR

3oEVLfbOpGg1XXyAecaVNoKhh51wxicaiqfyAjiJ_1200

İlham Əliyev Mərkəzi Bankın yeni binasının açılışında iştirak edib

Həsən 03 İyun 2026
5P0rQoZT8IWUdvJfaR1Kpawb3hAK0bvBpniCS77y_1200

Naxçıvanın qədim tarixi ilə bağlı olan İlandağ yazısı 30 illik axtarışdan sonra tapılıb

Həsən 02 İyun 2026
6cfa4b76-74f1-39d8-a593-3838e9591392_1200 (1)

Prezident Qurban Qurbanovu “Dostluq” ordeni ilə təltif edib

Həsən 01 İyun 2026

XƏBƏR LENTİ

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir? 60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

03 İyun 2026
Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

03 İyun 2026
Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

03 İyun 2026
Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

03 İyun 2026
Cəlilabadda qadın qətlə yetirilib f2880810-31a7-3a79-b6ba-cf348b698d09_1200

Cəlilabadda qadın qətlə yetirilib

03 İyun 2026
BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb Y52No84XXO9Om2L6p0btxUL70XwOoAdke2sLD6vl_1200

BDU və Qərbi Azərbaycan İcması arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

03 İyun 2026

BÜTÜN YAZILAR

60e9f38d8d93ff3053802ca303792e89_fdo

45 yaşdan sonra arıqlamaq niyə çətinləşir?

Həsən 03 İyun 2026
xm3LXYw9ySwp3iGrzUYp9ZIvffUB2n2cj3JA7c0B_1200

Azərbaycanda 76 yeni abidə dövlət mühafizəsinə götürüləcək

Həsən 03 İyun 2026
NiRE4BSBmyXHGoDtg8kFa7co1Xa5YecjDpYmcj5i_1200

Azərbaycan səfiri etimadnaməsinin surətini Bəhreynin XİN rəhbərinə təqdim edib

Həsən 03 İyun 2026
fhn

Sumqayıtda çoxmərtəbəli binada yanğın olub, sakinlər təxliyə edilib

Həsən 03 İyun 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.