Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/MDB Oyunlarında könüllü kimi qazandığım unudulmaz təcrübə
MANŞETÖZƏL

MDB Oyunlarında könüllü kimi qazandığım unudulmaz təcrübə

09 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

2025-ci ildə keçirilən III Müstəqil Dövlətlər Birliyi (MDB) Oyunlarında könüllü kimi iştirak etmişəm. Könüllü fəaliyyətim çərçivəsində Xaçmaz rayonundan Yevlax şəhərinə ezam olunmuşam.

Yevlax şəhərinə çatanda onun abadlığı, səliqə-sahmanı və yeni inşa edilmiş Olimpiya kompleksi məni dərindən heyrətləndirdi. Kompleks şəhərə xüsusi gözəllik və müasirlik gətirmişdi.

Yevlaxda məni səmimi və qonaqpərvər insanlar qarşıladılar. Könüllü fəaliyyətim “Sportik” komandasında həyata keçirilmişdir. MDB Oyunları zamanı bir çox yerli və xarici iştirakçılarla tanış olmaq imkanı əldə etdim. Yarışlarda Azərbaycan, Özbəkistan, Qazaxıstan, Belarus, Rusiya, Qırğızıstan və Tacikistan nümayəndə heyətləri iştirak edirdi.

Yevlax şəhərində əsasən boks yarışları keçirilmişdir. Bununla yanaşı, Gəncə, Mingəçevir, Qəbələ, Göygöl, Şəki və Xankəndi şəhərlərində müxtəlif idman növləri üzrə yarışlar təşkil olunmuşdu. Könüllü fəaliyyətim müddətində Mingəçevirə də səfər etmişəm. Kür çayı sahilində yerləşən Mingəçevirin təbiəti və mənzərəsi məndə xoş təəssürat yaratdı.

MDB Oyunlarında könüllü kimi iştirak etmək mənim üçün çox dəyərli bir təcrübə oldu. Bu müddət ərzində qazandığım yeni dostluqlar, əməkdaşlıq və qarşılıqlı hörmət mühiti mənim üçün unudulmaz xatirələr yaratdı. Oyunlar zamanı müəllimləri, şagirdləri və hər bir sahədə çalışan zəhmətkeş insanları tanımaq şansı qazandım. Mənə görə ən maraqlısı və qürurverici olan məqam isə hər kəsin birlikdə çalışması, bir-birinə hörmətlə yanaşması və işini sevgi ilə görməsi oldu.

Mən bir müəllim kimi, həmçinin idmana həvəsim olduğu üçün bu oyunlara qatıldım. Nə yaxşı ki, qatıldım – dəyərli insanlar, yeni dostlar və həmkarlar tapdım. Bu birlik və əməkdaşlıq hissi məni çox sevindirdi. İnanıram ki, bu birlik sayəsində vətənimizi daha uğurlu nailiyyətlərə aparacağıq. Hamımız bir yerdə olduğumuz zaman böyük güc əldə edirik.

Elçin Ağasıyev
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Milli-mənəvi dəyərlərin qorunmasında ailənin rolu”

Next

Əminə Yusifqızı vəfat etdi

Copyright 2026— Praqraf.com. All rights reserved