Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Çəmbərəkdə Müəllim və Həkimlər Günü Qürurla Qeyd Olundu
CƏMİYYƏT

Çəmbərəkdə Müəllim və Həkimlər Günü Qürurla Qeyd Olundu

08 Oktyabr 2025 2 Min Read
PAYLAŞIN:

04 oktyabr 2025-ci il tarixində Qərbi Azərbaycan İcmasının (QAİ) Çəmbərək Rayon İcması tərəfindən Beynəlxalq Müəllimlər və Beynəlxalq Həkimlər Gününə həsr olunmuş təntənəli tədbir keçirildi.

Tədbir Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səsləndirilməsi ilə başladı.

Çıxış üçün ilk söz QAİ Çəmbərək Rayon İcmasının sədri, professor Əvəz Ələkbərova verildi. O, öz nitqində müəllim və həkimlərin insan həyatındakı mühüm rolundan danışdı, Çəmbərək rayonundan çıxmış çoxsaylı peşəkar və tanınmış həkimlərin, yüksək ixtisaslı müəllim və pedaqoqların ölkə səhiyyəsi və təhsil sistemindəki əhəmiyyətli yerini vurğuladı.

Tədbirdə Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili professor Əziz Ələkbərli, QAİ Müşahidə Şurasının sədri professor Misir Mərdanov, QAİ Nəzarət-Təftiş Komissiyasının sədri professor Vahid Novruzov, QAİ Ziyalılar Şurasının üzvü, millət vəkili Arzuxan Əlizadə, QAİ aparatının əməkdaşları İman Məmmədov və elmi işçi Şəmsi Qoca, eləcə də rayon üzrə məsul şəxslər, kənd icma sədrləri, Çəmbərək rayonunun 12 kəndindən gəlmiş müəllim və həkimlər iştirak etdilər.

Çıxış edən natiqlər — professor Əziz Ələkbərli, professor Misir Mərdanov və digərləri bu cür tədbirlərin əhəmiyyətindən bəhs edərək, müəllim və həkimləri peşə bayramları münasibətilə təbrik etdilər.

Azərbaycan səhiyyəsinin tanınmış siması, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş cərrahı, professor Məhəmməd Kərimov öz çıxışında müəllim və həkimlərin cəmiyyətdəki aparıcı roluna diqqət çəkərək, iştirakçılara ən xoş arzularını çatdırdı.

Tədbirdə Çəmbərək rayonundan olan bir çox əməkdar müəllim və həkimlərin, “İlin müəllimi”, “Şərəf” ordenli, “Tərəqqi” medallı şəxslərin fəaliyyəti xüsusi qeyd olundu. Çəmbərək rayonunun zəngin təhsil tarixi, orta məktəblərindəki nümunəvi tədris ənənələri, iz qoymuş pedaqoqlar haqqında maraqlı çıxışlar dinlənildi.

Bundan əlavə, tədbir çərçivəsində “Yaddaşlarda yaşayan bilik məbədlərimiz” adlı kitablar və fotoşəkillərdən ibarət sərgi təşkil olunmuşdu.

Mədəni proqramda “Xəzri” rəqs qrupunun ifasında “Qarabağ” və “Qərbi Azərbaycan yallısı” adlı möhtəşəm kompozisiyalar nümayiş etdirildi, xalq sənətkarları və aşıqların ifaları tədbirə xüsusi rəng qatdı.

Rayon ictimaiyyəti tərəfindən böyük sevinclə qarşılanan bu tədbir iştirakçılarda Qərbi Azərbaycanda – dədə-baba yurdlarımızda belə görüşlərin keçirilməsi arzularını gücləndirdi.

Video:

https://www.facebook.com/share/p/17CZTVcX1E/

Həsən Məmmədov

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Pensiyalar bu tarixdə ÖDƏNİLƏCƏK – RƏSMİ

Next

Ersin Tatar Azərbaycanda

Copyright 2026— Praqraf.com. All rights reserved