19 Sen 2026, Şb

İranda İsraillə əlaqədə ittiham olunan 6 nəfər edam edildi

PAYLAŞIN:

Bu gün İranda İsraillə əlaqədə ittiham olunan 6 nəfər edam edilib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Mizan” agentliyi məlumat yayıb.

Edamların İranın Xuzistan vilayətində həyata keçirildiyi bildirilib.

“Terrorçular 4 təhlükəsizlik əməkdaşının qətli və Xürrəmşəhrdə partlayış da daxil olmaqla bir neçə zorakılıq aktına görə məsuliyyəti öz üzərlərinə götürüblər”, – məlumatda qeyd olunub.

Hələlik əlavə detallar açıqlanmayıb.

Paraqraf.com

Loading