19 Sen 2026, Şb

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların vaxtını uzatdı

PAYLAŞIN:

Avropa İttifaqı (Aİ) hibrid hərəkətlər adlandırılan ittihamlar üzrə Rusiyaya qarşı sanksiyaları bir il müddətinə uzadıb.

Paraqraf.com TASS-a istinadən xəbər verir ki, Aİ Şurasından verilən açıqlamaya görə, Rusiyanın iddia edilən “hibrid aktivliyinin davam etməsi” ilə bağlı məhdudiyyətlər 2026-cı il oktyabrın 9-dək uzadılıb.

Bu sanksiya mexanizmi Aİ-nin Rusiyaya qarşı əsas sanksiyalar paketinə əlavə olaraq ötən il oktyabrın 8-də tətbiq edilib. Bura 47 fiziki şəxs və 15 təşkilatın aktivlərinin dondurulması və Aİ-yə girişlərinin qadağan edilməsi daxildir.

Paraqraf.com

Loading