Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/HADİSƏ/Bəşər Əsədi Moskvada zəhərləyiblər?
HADİSƏ

Bəşər Əsədi Moskvada zəhərləyiblər?

02 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Hazırda Moskvada olan Suriyanın keçmiş prezidenti Bəşər Əsədi zəhərləməyə cəhd olub.

Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı Suriyanın İnsan Haqları Müşahidə Qrupuna istinadən “Sky News Arabia” yayıb.

Bildirilib ki, B.Əsəd sentyabrın 29-da xəstəxanadan evə buraxılıb və vəziyyəti hazırda stabildir.

Məlumata görə, bu müddət ərzində xəstəxanada onu ziyarət etməyə yalnız qardaşı Maher və Prezident İşləri üzrə keçmiş baş katib Mənsur Azzama icazə verilib.

Qrupun mənbəsinin sözlərinə görə, B.Əsədin zəhərlənməsinə dair əməliyyatı həyata keçirən şəxslər bununla Rusiyanı pis vəziyyətdə qoymağa, eləcə də ölkəni onu zərərsizləşdirməkdə ittiham etmək istəyib.

Hadisə ilə bağlı digər detallar açıqlanmayıb.

Qeyd edək ki, B.Əsəd 2000-ci ildən 2024-cü ilə qədər Suriya prezidenti olub. O, ötən ilin dekabrında dövlət başçısı postunu və ölkəni tərk edib, ailəsi ilə birgə Rusiyadan sığınacaq istəyib. Bu ilin yanvar ayında da B.Əsədin Rusiyada zəhərlənməsinə dair mediada iddialar yayılmışdı.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kaliforniya qubernatoru özünü azad dünyanın lideri elan etdi

Next

Süni intellekt: Bəşəriyyətin xilası, yoxsa yeni təhlükə?

Copyright 2026— Praqraf.com. All rights reserved