Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Saxta orden və medal təsis edən QHT sədrləri cinayət məsuliyyətinə cəlb ediliblər
CƏMİYYƏTHADİSƏ

Saxta orden və medal təsis edən QHT sədrləri cinayət məsuliyyətinə cəlb ediliblər

01 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:
Hüquq-mühafizə orqanları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxta orden, medal və müxtəlif təyinatlı vəsiqələr hazırlayaraq satan şəxslər ifşa ediliblər.

Araşdırmalar zamanı məlum olub ki, “Azərbaycan Vətən Müharibəsi Veteranları” İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, “Dədə Qorqud” Xeyriyyə Fondunun rəhbəri Eldar İsmayılov və “Sabitlik və İnkişaf Mərkəzi” İctimai Birliyinin sədri Rasim Məmmədov bu qanunsuz fəaliyyətlə məşğul olublar. Onlar polis əməkdaşları tərəfindən saxlanılıb.

Adıçəkilən şəxslərin rəhbərlik etdiyi təşkilatların ofislərinə baxış keçirilərkən 1500-dən çox saxta orden və medal, 421 ədəd vəsiqə, 60-dan artıq müxtəlif möhür, o cümlədən digər saxtalaşdırılmış rəsmi sənəd və atributlar aşkar edilərək maddi sübut kimi götürülüb.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri – rəsmi sənədlərin, dövlət təltiflərinin, möhürlərin, ştampların və blankların saxtalaşdırılması, hazırlanması, satılması və ya onlardan istifadə edilməsi üzrə cinayət işi başlanılıb.

F.Rzaquliyev, E.İsmayılov və R.Məmmədov barəsində istintaq tədbirləri davam etdirilir.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

UEFA Çempionlar Liqası: “Qarabağ” “Kopenhagen”ə qarşı – CANLI YAYIM

Next

Cəmiyyəti İrəli Aparan Güc: Elm

Copyright 2026— Praqraf.com. All rights reserved