Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Məktəbli avtobusundan istifadənin qiyməti bəlli oldu
CƏMİYYƏT

Məktəbli avtobusundan istifadənin qiyməti bəlli oldu

01 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

Oktyabrın 1-dən Bakı şəhərində məktəb avtobusları layihəsi pilot formada fəaliyyətə başlayır.

Paraqraf.com Xəzər TV-yə istinadən xəbər verir ki, şəhər mərkəzində yerləşən müəyyən dövlət və özəl məktəblər bu layihəyə cəlb olunub.

Pilot layihənin məqsədi şagirdlərin təhlükəsiz və rahat şəkildə daşınmasını təmin etməkdir. Layihənin həmtəsisçisi Orxan Abbasov bildirib ki, proses Elm və Təhsil Nazirliyinin təşəbbüsü ilə həyata keçirilir. Onun sözlərinə görə, artıq 1 200-dən çox şagird bu xidmətə qoşulub:

“Artıq 1 200-dən çox şagird istifadəçimiz var. Layihə bu ildən pilot formada keçirilir. Gələn ildən etibarən digər məktəblərdə də istifadəyə veriləcək. Valideynlər mobil tətbiqi yükləyərək uşaqlarını əlavə edə, məktəblərini seçə və xidmətin qiymətləri ilə tanış ola bilərlər. Qiymətlər 100 manatdan başlayır. Qazi və şəhid ailələri üçün xüsusi endirimlər mövcuddur”.

Valideynlər yeniliyə münasibət bildirərək, təşəbbüsün həm övladları, həm də özləri üçün daha təhlükəsiz və rahat olacağını vurğulayıblar.

İlkin mərhələdə layihə 8 dövlət və 3 özəl məktəbdə icra olunacaq. Xidmət 1-ci sinifdən 11-ci sinfə qədər bütün şagirdlər üçün əlçatandır. Qiymətlər məsafə, uşaq sayı və gedişin tək və ya ikitərəfli olmasına görə dəyişir.

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

ABŞ-ın Azərbaycandakı səfirliyi şatdaunla bağlı bəyanat yaydı

Next

Kamran Əliyevdən Adnan Əhmədzadə ilə bağlı açıqlama

Copyright 2026— Praqraf.com. All rights reserved