19 Sen 2026, Şb

İrəvanda güclü partlayış: yaralılar var

PAYLAŞIN:

İrəvanın Ayas küçəsində yerləşən tikiş fabrikində partlayış olub.

Paraqraf.com xəbər verir ki, hadisə yerinə Ermənistan Milli Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinin qüvvələri cəlb olunublar.

İlkin məlumata görə, 4 nəfər xəstəxanaya yerləşdirilib. Partlayışın səbəbləri və digər fəsadları barədə hələlik heç bir məlumat yoxdur.

Yaralıların sayının artacağı ehtimal olunur.

Loading