Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/İqbal Ağazadə Cabir İmanovun ölümü haqda danışdı
MANŞET

İqbal Ağazadə Cabir İmanovun ölümü haqda danışdı

30 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycan mədəniyyəti daha bir böyük itkisini yaşadı. Əməkdar artist, ŞHK-nun istedadlı aktyoru Cabir İmanov gənc yaşında dünyasını dəyişdi. Onun vaxtsız ölümü sənətsevərləri və tamaşaçılarını dərin kədərə boğdu.

Milli Məclisin sabiq deputatı İqbal Ağazadə də bu kədərli xəbərə biganə qalmadı, mərhum aktyorun ailəsinə və yaxınlarına başsağlığı ünvanladı:

“Cabir İmanovun ailəsinə, yaxınlarına, onu sevənlərə dərin hüznlə başsağlığı verirəm, qəbri nurla dolsun, Allah rəhmət etsin”.

İqbal Ağazadə eyni zamanda 2018-ci ildə Cabir İmanov haqqında etdiyi çıxışın bu gün yenidən sosial şəbəkələrdə paylaşılmasına da münasibət bildirdi:

“Olanlar acı bir tarixdir, lakin gənc yaşında dünyasını dəyişmiş istedadlı aktyorun ölüm günü belə hadisələri xatırlatmaq, məncə, məqsədəuyğun və etik deyil”.

O, hər zaman prinsipial mövqeyi ilə seçildiyini xatırladaraq vurğuladı ki, dünyasını dəyişənlər barədə yalnız rəhmətlə danışmaq lazımdır:

“Mən heç zaman vəzifədən çıxarılan kiminsə arxasınca danışmamışam, kresloda olarkən irad və tənqidlərimi açıq bildirmişəm. Dünyasını dəyişənlərə isə yalnız rəhmət diləyirəm, nəinki ölümündən sonra nəsə danışmaq…”

Azərbaycan teatr və kino səhnəsində öz izini qoymuş, tamaşaçıların sevimlisinə çevrilmiş Cabir İmanov bu gün həm sənət dostlarının, həm də xalqının yaddaşında parlaq xatirələrlə yaşayacaq.

Allah rəhmət eləsin!

 

Həsən

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Özbəkistanın bir sıra dövlət orqan və qurumlarının kommunikasiyaya məsul nümayəndələri üçün “Narrativlərin formalaşdırılması: Strateji kommunikasiya və ictimaiyyətlə əlaqələrdə effektivlik” mövzusunda seminar keçirilib

Next

GÖZLƏRİNDƏN GÜLƏN SƏHİDİM

Copyright 2026— Praqraf.com. All rights reserved