19 Sen 2026, Şb

Əli Nağıyev də vida mərasiminə qatılıb

PAYLAŞIN:

Xəbər verdiyimiz kimi, Əməkdar artist Cabir İmanovla Şəhriyar adına Mədəniyyət Mərkəzində vida mərasimi keçirilib.

Paraqraf.com xəbər verir ki, vida mərasimində Dövlət Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev də iştirak edib.

Xidmət rəisi sənətkarın yaxınlarına başsağlığı verib, mərhum sənətkara Allahdan rəhmət diləyib.

Qeyd edək ki, Cabir İmanov DTX Mədəniyyət Mərkəzinin rəhbəri olub.

Paraqraf.com

Loading