Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Azərbaycana narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır
CƏMİYYƏT

Azərbaycana narkotik gətirməkdə təqsirləndirilən İran vətəndaşlarının məhkəməsi başlayır

29 Sentyabr 2025 2 Min Read
PAYLAŞIN:
Cari ilin fevralında Daxili İşlər Nazirliyi (DİN) və Dövlət Sərhəd Xidmətinin (DSX) əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Xəzər dənizindən qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən narkotik vasitələrin aşkar edilərək götürülməsi faktı üzrə Baş Prokurorluğun İstintaq idarəsində ibtidai istintaq aparılıb.

Paraqraf.com xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

İstintaqla İran İslam Respublikası vətəndaşları Eydməhəmməd Anamhhəmməd oğlu Kəlte, Hacı Əbdülnasir İlyas oğlu Muradi, Şərif Rəcəbməhəmməd oğlu Fərdcu, Fərzad Anatağun oğlu Kər, Qaffar Nurməhəmməd oğlu Qızıl, Behzad Əbdülqəfur oğlu və qeyrilərinin mütəşəkkil dəstə halında cari il fevralın 2-dən 3-nə keçən gecə iki qrupa bölünməklə Xəzər dənizi istiqamətində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini nəzarət-buraxılış məntəqələrindən kənarda keçərək birinci qrupun Şahdəniz yatağının cənub-şərqi istiqamətində və digər qrupun isə Sumqayıt şəhərinin Xəzər dənizinə yaxın sahil ərazisinə yaxınlaşması və əməliyyat-axtarış fəaliyyətini həyata keçirən qurumlar tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində saxlanılarkən idarə etdikləri qayıqlardan xüsusilə külli miqdarda narkotik vasitə sayılan – 11 kq 25 qram olan qurudulmuş marixuana, 1 kq 370 qram heroin və 170 qram çəkidə 4400 metadon həbləri aşkar edilərək götürülüb.

Toplanmış sübutlar əsasında Qaffar Nurməhəmməd oğlu Qızıl, Behzad Əbdülqəfur oğlu Qaranejad, Eydməhəmməd Anaməhhəmməd oğlu Kəlte, Hacı Əbdülnasir İlyas oğlu Muradi, Şərif Rəcəbməhəmməd oğlu Fərdcu və Fərzad Anatağun oğlu Kərə Cinayət Məcəlləsinin 206.4 (mütəşəkkil dəstə tərəfindən törədilən qaçaqmalçılıq), 234.4-1-ci (narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi xüsusilə külli miqdarda törədildikdə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstənin Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməsi) maddələri ilə ittiham elan edilərək cinayət işi aidiyyəti üzrə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Məşhur çips məhsulunda UYĞUNSUZLUQ AŞKARLANDI

Next

Şahin Mahmudzadə: “Azərbaycan bankları indiyədək 300 milyon manat yaşıl kredit verib”

Copyright 2026— Praqraf.com. All rights reserved