Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Nəsimi rayonunda Anım Günü ilə bağlı dəyirmi masa keçirilidi – Fotolar
CƏMİYYƏT

Nəsimi rayonunda Anım Günü ilə bağlı dəyirmi masa keçirilidi – Fotolar

25 Sentyabr 2025 2 Min Read
PAYLAŞIN:

Nəsimi rayon İcra Hakimiyyətinin və YAP Nəsimi rayon təşkilatının birgə təşkilatçılığı ilə 27 Sentyabr – Anım Gününün beşinci ildönümü münasibəti ilə “27 Sentyabr – Qələbəyə aparan yolun başlanğıcı ” adlı dəyirmi masa keçirilib.

“Paraqraf.com” xəbər verir ki, tədbirdə rayon İcra Hakimiyyətinin, Yeni Azərbaycan Partiyası Nəsimi rayon təşkilatının, rayon Ağsaqqallar Şurasının, Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri İctimai Biriliyinin Nəsimi rayon şöbəsinin rəhbərləri, RİH Aparatının məsul əməkdaşları və ictimaiyyət nümayəndələri iştirak edib.

Əvvəlcə tədbir iştirakçıları Anım gününə həsr olunmuş sərgiyə baxış keçirib.

Tədbirdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini müvəqqəti icra edən, RİH Başçısının müavini Zahid Xəlilov tədbiri açaraq bildirib ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamına əsasən, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, bayrağımızı işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il sentyabrın 27-si Anım Günü kimi qeyd edilir.

“Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik, uzaqgörən və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan bu gün regionun ən güclü, ən nüfuzlu dövlətinə çevrilib. 44 günlük müharibədə və sonrakı mərhələdə İlham Əliyevin hərbi-siyasi liderliyi həlledici rol oynadı. Birinci vitse-prezident Mehriban Əliyevanın humanist fəaliyyəti, əsgər və şəhid ailələrinə göstərdiyi qayğı dövlətin öz vətəndaşının yanında olduğunun parlaq sübutu idi”.

Tədbirdə Nəsimi Rayon Ağsaqqallar Şurasının sədri, Əməkdar elm xadimi, professor Vaqif Şadlinski bildirib ki, 2020-ci ilin 27 sentyabrı Azərbaycan tarixində dönüş nöqtəsi oldu.

Tədbirdə çıxış edən “Qarabağ müharibəsi veteranları, əlilləri və şəhid ailələri” İctimai Birliyinin Nəsimi rayon şöbəsinin sədri Azər Quliyev bildirdi ki, xalqımız və dövlətimiz qəhrəman övladlarının şücaətini daim yüksək qiymətləndirir, şəhidlərimizin ruhuna ehtiramla yanaşır, xatirəsini uca tutur, şəhidlərin ailələrinə, qazilərə daim yüksək həssaslıqla yanaşılır.

 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Kafedə müğənni ilə ofisiantın əlbəyaxa davası – Bəraət verildi

Next

8 ayda Bakı əhalisi 23 milyarddan çox pul xərcləyib

Copyright 2026— Praqraf.com. All rights reserved