Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Rusiyada erməni məmur İNTİHAR ETDİ
CƏMİYYƏT

Rusiyada erməni məmur İNTİHAR ETDİ

24 Sentyabr 2025 2 Min Read
PAYLAŞIN:

Rusiyanın Sankt-Peterburq şəhərində Ermənistan Konsulluğunun binasında rusiyalı biznesmen və keçmiş məmur Boris Avakyanın cəsədi aşkar edilib. İlkin ehtimallara görə, Avakyan intihar edib.

Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı “Ura.ru” agentliyi yayıb.

Məlumata görə, iş adamı dünən Peterburqda onunla bağlı keçirilən məhkəmə iclasından qaçıb. Avakyan sentyabrın 23-də barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Kronştadt Rayon Məhkəməsinə aparılıb. O, 4,2 milyard rubl həcmində gömrük ödənişlərindən yayınmaq işi üzrə ittiham olunurdu. Ümumilikdə iş üzrə 21 nəfər təqsirləndirilir.

O, fasilə zamanı siqaret çəkmək üçün çölə çıxmağa icazə istəyib və bundan istifadə edərək qaçıb. Bunun ardınca, məhkəmə onu axtarışa verib.

43 yaşlı Avakyan qaçdıqdan sonra Ermənistanın Peterburqdakı Konsulluğunda gizlənib və ölkəsinə ekstradisiya olunmaq istədiyini bildirib. Bu gün isə konsulluğun sanitar qovşağında Avakyanın cəsədi aşkar edilib. Konsulluq məsələ ilə bağlı hələ rəsmi açıqlama verməyib.

Avakyan ilk dəfə 2016-cı ildə Moskvada qaçaqmalçılıqda ittiham edilərək həbs edilib. Bu zaman barəsində ev həbsi qərarı çıxarılan Avakyan Ermənistana qaçıb. O, 2025-ci ilin avqustunda Rusiyanın Müdafiə Nazirliyi ilə müqavilə bağladıqdan sonra barəsindəki iş dayandırılıb. Lakin sentyabrda Avakyan xüsusi hərbi əməliyyat zonasına yollanmaqdan yayındıqda müqavilə ləğv edilib və prokurorluq onun həbsi tələbi ilə vəsatət qaldırıb.

Onu da bildirək ki, o, Ermənistanda da sərhədi qanunsuz keçmək və çirkli pulların yuyulmasında ittiham olunurdu.

Hadisədən sonra Rusiya mediası Boris Avakyanın kimliyi ilə maraqlanıb. Məlum olub ki, o, 2009-cu ildən Sankt-Peterburq ticarət limanının böyük gömrük brokerinin baş direktoru olub. 2010-2014-cu illərdə “Rosimuşestva”nın Leninqrad vilayəti üzrə idarəsinin rəhbərinin müavini olaraq işləyib, 2014-2016-cı illərdə isə Sankt-Peterburqun torpaqların istifadəsi və mühafizəsi üzrə baş dövlət müfəttişinin müavini olub.

Ermənistan mediasının məlumatına görə isə, Avakyan Ermənistanda bir sıra dövlət vəzifələrində işləyib. Eyni zamanda, qeyd olunub ki, o, qondarma “Dağlıq Qarabağ” separatçılarının “rəhbərinin” xüsusi tapşırıqlar üzrə “nümayəndəsi”, eləcə də separatçıların “Daxili İşlər Nazirliyi”nin “Fövqəladə hallar üzrə Dövlət Xidmətinin” “direktorunun müavini” olub.

Avakyan 2018-ci ildə Ermənistanda siyasi karyerasını davam etdirmək üçün Rusiya vətəndaşlığından çıxmaq üçün müraciət edib.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Mövsümün ilk “El-Klasiko”su bu tarixdə olacaq

Next

Abşeronda nümunəvi mülki müdafiə məşqi təşkil edilib – Fotolar

Copyright 2026— Praqraf.com. All rights reserved