26 Sen 2026, Şb

Ceyranbatanda gənc oğlan bıçaqlandı – Şübhəli saxlanıldı

PAYLAŞIN:

Ceyranbatan qəsəbəsində bıçaqlanma hadisəsi qeydə alınıb.

Paraqraf.com xəbər verir ki, hadisə Təbrik Baxışov küçəsində baş verib.

Belə ki, gənc yaşlarında olan iki oğlan arasında yaranan münaqişə zamanı onlardan biri digərinə bıçaqla xəsarət yetirib.

Əldə etdiyimiz məlumata görə, Ceyranbatan qəsəbəsi  ərazisində gecə saatlarında baş verən insident araşdırılır.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən B.Adıgözəlli müəyyən olunaraq saxlanılıb.

Paraqraf.com

Loading