Vətən müharibəsi qazisi İsmayıl İmamverdi oğlu Hüseynzadə dəm qazından zəhərlənərək vəfat edib.
Paraqraf.com bildirir ki, bu barədə qazinin qardaşı Rüfət Hüseynzadə məlumat verib.
O bildirib ki, 32 yaşlı İsmayıl Hüseynzadə ötən gün yaşadığı evdə dəm qazından boğularaq dünyasını dəyişib.
Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb.
“Ortancıl qardaşım, qazi İsmayıl Hüseynzadə dünən ev şəraitində dəm qazından vəfat etdi”, – deyə Rüfət Hüseynzadə bildirib.

![]()

