Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi – Hər rayonun öz səsi” festivalı təşkil olunub – FOTOLAR
CƏMİYYƏT

İçərişəhərdə “Qarabağ mədəniyyət xəritəsi – Hər rayonun öz səsi” festivalı təşkil olunub – FOTOLAR

31 May 2026 3 Min Read
PAYLAŞIN:

Mayın 29-da Bakıda Qoşa Qala Meydanında “Qarabağ mədəniyyət xəritəsi – Hər rayonun öz səsi” adlı genişmiqyaslı festivalın açılış mərasimi olub.

Paraqraf.com AZƏRTAC-a istiandən  xəbər verir ki, tədbirdə Qarabağın zəngin mədəniyyəti, tarixi geyimləri və bu bölgənin müxtəlif rayonlarının milli mətbəx nümunələri nümayiş etdirilib.

Festival Mədəniyyət Nazirliyinin, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Tədbirdə çıxış edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud Qarabağın Azərbaycanın milli yaddaşında xüsusi yer tutduğunu vurğulayaraq, bu cür festivalların mədəni irsin qorunması və onun gələcək nəsillərə ötürülməsi baxımından vacibliyini qeyd edib.

“Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyinin baş katibi Aysel Tahirovan deyib ki, festivalın əsas ideyası Qarabağın hər bir rayonunun öz səsi, incəsənəti və mədəni kimliyi vasitəsilə təqdim edilməsidir.

“Qeyd – Sosial Maarifləndirmə” İctimai Birliyi layihə direktoru Samirə Novruzovanın sözlərinə görə, festivalın məqsədi Qarabağın zəngin mədəni irsi ilə tanış olmaq, milli və mənəvi dəyərlərin təbliğ etmək və bölgənin mədəni potensialının geniş ictimaiyyətə tanıtmaqdır.

Festival təkcə yerli iştirakçılar arasında deyil, həm də xarici qonaqlar arasında böyük maraq doğurub. Tədbir çərçivəsində Qarabağ sərgisi, canlı musiqi proqramları, ənənəvi sənət nümunələri, milli mətbəx təqdimatları və ustad dərsləri təşkil olunub.

Qeyd edək ki, festival bədii proqram və konsert çıxışları ilə davam edib. Tədbir iştirakçıları Qarabağın müxtəlif rayonlarının mədəni irsi, milli musiqisi və sənətkarlıq ənənələri ilə daha yaxından tanış olmaq imkanı qazanıblar.

Fotolar

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Bərdədə yol qəzasında yaralanan 10 nəfərdən 9-u evə buraxılıb

Next

Uşaqlar – Güclü dövlətin və sağlam cəmiyyətin təməlidir

Copyright 2026— Praqraf.com. All rights reserved