PAYLAŞIN:

Goranboy rayonunda üç nəfərin xəsarət alması ilə nəticələnən qəza olub.

Paraqraf.com xəbər verir ki, hadisə rayonun Qaradağlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində  2001-ci il təvəllüdlü İsmayıl Namazov, 1965-ci il təvəllüdlü Suruş Məmmədova və 1962-ci il təvəllüdlü Sarif Məmmədov müxtəlif bədən xəsarətləri alıblar.

Yaralılar Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə çatdırılıb. Qəza yerinə polis əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

 

Paraqraf.com 

Loading