PAYLAŞIN:

Azərbaycanın yeniyetmə cüdolçuları Rusiyanın Xabarovsk şəhərində Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iki medal qazanıblar.

Bu barədə Paraqraf.com-a Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarışda 5 idmançı ilə təmsil olunan komanda 1 qızıl və 1 bürünc medal əldə edib.

Polad Həsənli (81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medala yiyələnib. Zaməddin Bağırov (66 kq) yarışı bürünc mükafatla başa vurub.

Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.

 

Paraqraf.com 

Loading