Skip to content
20 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 16
  • Müşfiq Atatürkə şeir ithaf edib?

Müşfiq Atatürkə şeir ithaf edib?

admin 16 May 2026 2 minutes read
17789136714336900866a081187c3e06
PAYLAŞIN:

Azərbaycanın tanınmış şairi Mikayıl Müşfiqin Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkə ithaf edə biləcəyi və indiyədək məlum olmayan şeiri aşkarlanıb. 

Paraqraf.com xəbər verir ki, bu barədə yazıçı Əlabbas Bağırov sosial şəbəkə hesabında paylaşım edib.

“Bir dostumun Türkiyədən göndərdiyi bu şerin Müşfiqin olduğunu iddia etmirəm. Dəqiqini şairin tədqiqatçıları və özünü o sahəyə bir köynək yaxın hesab edənlər bilərlər. Bu, gerçəkdənmi nakam şairin leksikası, deyimi, nəfəsidirmi? Gözləyək. Daha bir tarixdən silinmiş və qaranlıq səhifəyə işıq salmağın vaxtı çatıb”, – yazıçı bildirib.

Paylaşım geniş müzakirələrə səbəb olub. Bəzi yazıçı, elmi işçi və Mikayıl Müşfiq yaradıcılığı sevərlər şeirin ona məxsus olduğuna inansalar da, digərləri tarixi faktlara əsaslanaraq bu məsələyə şübhə ilə yanaşırlar.

Bu paylaşıma münasibət bildirənlərdən bəziləri şeirin üslub və dəst-xətt baxımından şairin poetikasına yaxın olduğunu qeyd ediblər. Bəziləri isə məsələyə ehtiyatla yanaşaraq müəyyən tarixi məqamlara diqqət çəkiblər.

Bildirilir ki, Müşfiqin adı 1937-ci il repressiya qurbanları sırasında yer alıb və tarixi mənbələrə görə şair 1938-ci ilin yanvarında güllələnib. Halbuki Mustafa Kamal Atatürkə ithaf olunduğu deyilən şeirin yazılma və ya çap tarixi 1938-ci ilin fevralı göstərilir. Bundan əlavə, indiyədək Müşfiq tədqiqatçılarının heç birinin araşdırmalarında belə bir şeirin mövcudluğu barədə məlumata rast gəlinmədiyi vurğulanır.

Şərh müəllifləri qeyd ediblər ki, sovet dövründə müəyyən faktların gizli saxlanılması anlaşılan olsa da, böyük şairin yaxın dostlarından olan Rəfiq Zəkanın belə bir əsərdən xəbərsiz qalması inandırıcı görünmür. Bununla belə, şeirin üzə çıxmasının özü ədəbi ictimaiyyətdə maraq doğurub.

Loading

Visited 90 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Xalq artisti Tünzalə Ağayeva “Xarıbülbül” festivalında çıxış etdi – VİDEO
Next: Türk dünyasının mühəndisləri Bakıda bir araya gəldi – “Bu zirvə gələcək ortaq layihələrin əsasını qoya bilər”

OXŞAR MÖVZULAR

19.05.2026 (2)

SDU-nun rektoru yeni müşaviri kollektivə təqdim edib

admin 19 May 2026
a1d3a9b3-4741-4d7b-b343-3a728492f309

“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem

admin 19 May 2026
17695004711758691365_1756194009media_hikmet_haciyev_1p4kfq_1764577249_1_1778740958

Hikmət Hacıyev: Azərbaycanın 9-a yaxın şəhəri demək olar ki, tamamilə dağıdılıb

admin 19 May 2026

XƏBƏR LENTİ

SDU-nun rektoru yeni müşaviri kollektivə təqdim edib 19.05.2026 (2)

SDU-nun rektoru yeni müşaviri kollektivə təqdim edib

19 May 2026
“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem a1d3a9b3-4741-4d7b-b343-3a728492f309

“Dam örtüyünü təmir etmək üçün niyə icazə tələb olunur?” – Binəqədidə illərlə həllini tapmayan problem

19 May 2026
“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub IMG_6708

“Dərələyəz” qəzetinin 15 illik yubileyi qeyd olunub

19 May 2026
“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat WhatsApp Image 2026-05-19 at 16.11.50

“Müasir şəhərsalma gələcəyin əsas inkişaf istiqamətlərindən biridir” – Deputat

19 May 2026
Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib IMG_6706

Sabir Rüstəmxanlı “Şərəf” ordeni ilə təltif edilib

19 May 2026
“Universitetlər sənaye ilə inteqrasiya olunmuş innovasiya mərkəzinə çevrilməlidir” – EKSPERT b395a003-97a6-40fd-8b99-eff7811f1be9

“Universitetlər sənaye ilə inteqrasiya olunmuş innovasiya mərkəzinə çevrilməlidir” – EKSPERT

19 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.