24 Sen 2026, Ca

“Yuventus” futbolçusuna yeni müqavilə təklif edib

PAYLAŞIN:

İtaliyanın “Yuventus” klubu futbolçusu Ueston Makkeniyə yeni müqavilə təklif edib.

Paraqraf.com insayder Nikolo Skiraya istinadən xəbər verir ki, ABŞ-dən olan yarımmüdafiəçi daha üç il Turin təmsilçisində çıxış edə bilər.

27 yaşlı oyunçunun maaşının 4 milyon avroya çatacağı gözlənilir.

Qeyd edək ki, Ueston Makkeni cari mövsümdə 33 oyuna 7 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. Onun “Yuventus”la hazırkı sözləşməsi yayda bitir.

 

Paraqraf.com 

Loading