24 Sen 2026, Ca

“Neftçi” FIBA Avropa Kubokunda mübarizəyə start verir

PAYLAŞIN:

“Neftçi” baksetbol komandası FIBA Avropa Kubokunda bu gün mübarizəyə start verəcək.

Paraqraf.com-un məlumatına görə, “ağ-qaralar” təsnifat mərhələsində Estoniyanın “Parnu” kollektivi ilə üz-üzə gələcək.

Qarşılaşma Bakı İdman Sarayında, saat 19:00-da start götürəcək.

Cavab görüşü sentyabrın 30-da keçiriləcək. Cütün qalibi FIBA Avropa Kubokunun əsas mərhələsinin H qrupunda “Oradya” (Rumıniya), “Fribur Olimpik” (İsveçrə), VEF (Latviya), “Mikonos” (Yunanıstan) və “Lokomotiv” (Plovdiv, Bolqarıstan) komandaları ilə oynayacaq.

 

Paraqraf.com 

Loading