Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ŞOU-BİZNES/Məşhur müğənni həlak oldu:Öləcəyini yuxuda görübmüş
ŞOU-BİZNES

Məşhur müğənni həlak oldu:Öləcəyini yuxuda görübmüş

11 Yanvar 2026 1 Min Read
PAYLAŞIN:

Kolumbiyada baş verən kiçik təyyarə qəzası nəticəsində məşhur müğənni Yeison Ximenez də daxil olmaqla, altı nəfər həyatını itirib.

Paraqraf.com xəbər verir ki, Boyaka inzibati bölgəsində yerləşən Paipadan Medelinə uçan təyyarə havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğrayıb.

Konsert vermək üçün Medelində olan 35 yaşlı sənətçinin ölümü ölkədə böyük kədərə səbəb olub.

Məlumata görə, müğənni qəzadan təxminən 20 gün əvvəl qatıldığı televiziya proqramında təyyarə qəzaları ilə bağlı dəfələrlə narahatedici yuxular gördüyünü bildirib:

“Üç dəfə yuxuda təyyarə qəzası gördüm. Pilotun yanına gedib təyyarəni çevirməsini xahiş edirdim. Pilot isə mənə “Yaxşı ki, xəbər verdin, nəsə səhv gedirdi” deyirdi. Yuxularımdan birində isə öldüyümüzü və bu hadisənin xəbərlərdə yayımlandığını görmüşdüm”.

Qeyd edək ki, 1991-ci ildə Kaldas inzibati bölgəsinin Manzanares şəhərində anadan olan Yeison Ximenez “Aventurero”, “Vete” və “Mi venganza” kimi hit mahnıları ilə son illərdə Kolumbiyanın ən məşhur və ən çox dinlənilən sənətçilərindən biri kimi tanınırdı.

 

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanlı ata və oğulu güllələyən şəxsin görüntüsü – VİDEO

Next

Britni bu ölkədə bir daha konsert verməyəcək

Copyright 2026— Praqraf.com. All rights reserved