Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Maykl Ceksonun fondu 2,5 milyonluq təzminat ödədi
MƏDƏNİYYƏTŞOU-BİZNES

Maykl Ceksonun fondu 2,5 milyonluq təzminat ödədi

01 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Mərhum amerikalı müğənni Maykl Ceksonun adına yaradılmış fond 2025-ci ilin əvvəlində sənətçini seksuаl zorakılıqda ittiham edən beş nəfərə ümumilikdə 2,5 milyon dollar təzminat ödəyib.

Paraqraf.com xəbər verir ki, bu barədə “Financial Times” nəşri məhkəmə sənədlərinə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, ödəniş 2020-ci ildən davam edən 16,5 milyon dollarlıq iddia prosesinin yekun mərhələsini təşkil edib. İddiaçılar həmin il təzyiq altında kompensasiya müqaviləsi imzaladıqlarını və müqavilə şərtlərinin yenidən baxılması üçün ictimai məhkəmə istədiklərini bəyan ediblər.

Hazırda Los-Anceles məhkəməsi qərar verməlidir ki, iş ictimai şəkildə baxılacaq, yoxsa qapalı arbitraj prosesində. Ceksonun fondu ittihamları əsassız adlandıraraq xatırladıb ki, 2020-ci il razılaşmasına əsasən, bütün məsələlər qapalı məhkəmə qaydasında həll olunmalıdır.

Qəzet yazır ki, mümkün açıq məhkəmə prosesi 2026-cı ildə təqdim ediləcək “Michael” bioqrafik filminin premyerasına mənfi təsir göstərə bilər. Filmin prodüseri “Bohemian Rhapsody” və “The Aviator” kimi məşhur ekran işlərinin müəllifi, “Oskar” laureatı Qraham Kinqdir.

Qeyd edək ki, Maykl Cekson 1990-cı illərdən etibarən bir neçə dəfə “uşaqlara qarşı qeyri-münasib davranış”da ittiham olunub, lakin 2005-ci ildə keçirilən məhkəmədə bəraət alıb. Müğənni 2009-cu ildə ağrıkəsicilərin həddindən artıq istifadəsindən yaranan ürək dayanması nəticəsində dünyasını dəyişib. Onun şəxsi həkimi Konrad Mürrey səhlənkarlıqda təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Rəşad Sadıqov: “Mən “Zirə”nin baş məşqçisi kimi sevinmirəm”

Next

Maduro ABŞ-a qarşı üç ölkədən hərbi dəstək istədi

Copyright 2026— Praqraf.com. All rights reserved