Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ŞOU-BİZNES/“Efirə gələndə “məni “sənətkar” kimi təqdim edin” deyə tapşırırlar”
ŞOU-BİZNES

“Efirə gələndə “məni “sənətkar” kimi təqdim edin” deyə tapşırırlar”

01 Noyabr 2025 2 Min Read
PAYLAŞIN:

“Bu gün sponsorlar internetdə məşhurlaşan, kompüter vasitəsi ilə səslərini dəyişənlər üçün konsertlər təşkil edirlər.

Bunun səbəbi informasiya axını, sosial şəbəkələr, yutub kanalıdır. Bu vasitələrlə dinləyicinin beynini, qulağını belə musiqi ilə doldururlar. Bununla da özlərinə qarşı tələb yaradırlar. Bu gün onu dinləyən 15-20 yaş arası dinləyici 10 il sonra bunu özünə töhmət edəcək. Özünə sual verəcək ki, bunu necə etmişəm? Özüm şahid olmuşam ki, vaxt gəlib həmin mahnıya qulaq asmağı özünə təhqir sayıb. İndi fərli mahnılar dinləyirlər. Gec olur, amma həmişə sənət qazanır. Müvəqqəti, bir neçə ay gündəmdə olan müğənnilər, musiqilər qazanmır. Onlar da teatr səhnəsinin dekorassiyaları kimi zaman-zaman dəyişirlər. Əsl sənətkar dəhnədir və hər zaman sevilir”. 

Bu sözləri Əməkdar artist Gülüstan Əliyeva “Geriyə baxanda” verilişində deyib. Sənətçi istər televiyada, istərsə də məclislərdə rastlaşdığı mənfi hərəkətlərinə görə bəzi müğənniləri pisləyib:

“Bu gün təəssəf ki, səhnədə “kəmiyyətlər” var. Efirə gələndə məni “sənətkar” kimi təqdim edin, “filankəslə çıxım”, “məni bu cür təqdim et” deyə, tapşırırlar. Təəssüf ki, bu, telekanalarda böyük vüsət alıb. İçəri girəndə heç ayağa da durmaq istəmirlər. Çox təəssüflə qeyd etmək istəyirəm ki, el şənliklərində də bu hal yaşanır.

Bu yaxınlarda məclisə dəvət aldım. Müğənni və musiqiçilərə yer olmadığına görə məni başqa bir otağa dəvət etdilər. Digər müğənninin ansamblə da orada idi. Özü hələ gəlməmişdi. Basıb yemək yeyirdilər, yer olmadığına görə məni də ora apardılar. İnanın, içəri girdim, bilmirəm harada tərbiyə alıblar, evdə təlim-tərbiyə, böyük-kiçik yeri öyrədilməyib, belə tərbitəyəsizcəsinə heç kəs ayağa durmadı ki, bura kimsə daxil oldu.

Heç deyək sənətkar deyiləm, axı buraya bir müğənni, xanım daxil olub, bir ayağa durub, yer göstərək. Çox tərbiyəsiz şəkildə başlarını salıb yemək yeyirdilər. Kolidorda dayandım, amma oraya girmədim. Təəsüf edirəm ki, belə hallar var. Bilmirəm onları kim tərbiyə etməlidir. Təbii ki, evdən başlamalıdır hər şey. Belə hallar bu gün özünə müğənni deyən adamlarda da var. Onları təmizləmək və tərbiyə etmək lazımdır”. 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycanlı həkim Türkiyədə vəfat etdi

Next

Daha bir İcra Hakimiyyətində əməliyyat: Həbs olundu

Copyright 2026— Praqraf.com. All rights reserved