Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Payız fəsli təbiətdə dəyişikliklərlə yanaşı, insan sağlamlığına da bir sıra təsirlər göstərir.
SAĞLAMLIQ

Payız fəsli təbiətdə dəyişikliklərlə yanaşı, insan sağlamlığına da bir sıra təsirlər göstərir.

07 Oktyabr 2025 1 Min Read
PAYLAŞIN:

“Paraqraf.com” xəbər verir ki, havaların soyuması və dəyişkən hava şəraiti bir sıra yoluxucu və xroniki xəstəliklərin artmasına səbəb olur. Həkimlər xəbərdarlıq edir ki, xüsusilə uşaqlar, yaşlılar və immun sistemi zəif olan insanlar bu dövrdə daha çox risk altındadır.

Ən çox rast gəlinən xəstəliklər sırasında qrip, soyuqdəymə, faringit, bronxit, sinüzit və allergik rinit yer alır. Eyni zamanda, temperatur dəyişiklikləri oynaq ağrılarını və revmatizmal problemləri də aktivləşdirə bilir.
Payızda ən çox rast gəlinən xəstəliklər bunlardır:
– Qrip və soyuqdəymə: Tənəffüs yolu infeksiyaları bu dövrdə daha aktiv yayılır.
– Bronxit və faringit: Nəmiş hava və toz allergiyası bu xəstəlikləri aktivləşdirə bilər.
– Sinüzit: Temperatur dəyişkənliyi və rinit sinüzitin kəskinləşməsinə səbəb olur.
– Allergik reaksiyalar: Payızda çiçək tozları yerini küf və toz allergiyalarına verir.
– Depressiv hallar: Günəş işığının azalması ilə bəzi insanlarda mövsümi depressiya inkişaf edir.
– Oynaq ağrıları və revmatizmal xəstəliklər: Soyuq və rütubət bu ağrıların artmasına səbəb ola bilər.

Həkimlərin tövsiyəsinə görə, bu xəstəliklərdən qorunmaq üçün:
– Geyim rejiminə diqqət edilməli, soyuma və tərləmədən qorunmalıdır,
– İmmunitet sistemini gücləndirən C vitamini, sink, D vitamini kimi maddələr qəbul edilməlidir,
– Mümkün qədər təmiz havada vaxt keçirilməli, otaqlar tez-tez havalandırılmalıdır,
– Mövsümə uyğun qidalanma təmin olunmalıdır.

 

Ləman
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Xoşqədəmin verilişinə o aparıcılıq edir

Next

İndoneziyada mədrəsənin uçması nəticəsində ölənlərin sayı artdı

Copyright 2026— Praqraf.com. All rights reserved