Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/SAĞLAMLIQ/Yaşıl çay dərmanların təsirini zəiflədə bilər
SAĞLAMLIQÖZƏL

Yaşıl çay dərmanların təsirini zəiflədə bilər

28 Sentyabr 2025 1 Min Read
PAYLAŞIN:

Yaşıl çay sağlamlığı möhkəmləndirən, maddələr mübadiləsini sürətləndirən və immuniteti gücləndirən içki kimi tanınır. Dünyada milyonlarla insan qəhvə əvəzinə yaşıl çaya üstünlük verir və bəzən gündə bir neçə fincan istehlak edir. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu məşhur içki düşündüyümüz qədər zərərsiz deyil və bəzi dərmanlarla birlikdə təhlükəli nəticələr doğura bilər.

Paraqraf.com xəbər verir ki, qidalanma və əczaçılıq mütəxəssislərinin fikrincə, yaşıl çayın tərkibindəki kofein, antioksidantlar və K vitamini müəyyən hallarda mənfi təsir göstərə bilər.

Xüsusilə qanın laxtalanmasının qarşısını almaq üçün istifadə olunan “Warfarin” kimi dərmanlarla birlikdə yaşıl çay qəbul edildikdə risk artır. Çünki tərkibindəki K vitamini bu dərmanların təsirini zəiflədə bilər. Nəticədə laxtalanma riski yüksəlir və dərmanın qoruma funksiyası azala bilər. Hətta sadə bir stəkan yaşıl çay belə, qan durulaşdırıcı dərman qəbul edən insan üçün təhlükə yarada bilər.

Mütəxəssislər bu səbəbdən belə dərmanlardan istifadə edən şəxslərə yaşıl çayı ehtiyatla qəbul etməyi, bəzən isə ümumiyyətlə uzaq durmağı məsləhət görürlər.

Kəmalə
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Anım günü şəhid ailələri ilə birgə Naftalanda qeyd olundu

Next

Gənc yaşda başlayan demensiyaya diqqət yetirin!

Copyright 2026— Praqraf.com. All rights reserved