25 Sen 2026, C

Arif Hacılı oğlunun və gəlininin həbsindən danışdı: “Hər ikisi sərbəst buraxılıb”

PAYLAŞIN:

“Mənə və yaxınlarıma qarşı təzyiq və qarayaxma kampaniyası yenə davam edir. İndi də oğlumun və gəlinimin ABŞ-da həbs olunması və onlara qarşı ittiham irəli sürülməsi barədə təhrif edilmiş, həqiqətdən uzaq məlumatlar yayılıb.

Paraqraf.com xəbər verir ki, bunu Müsavat Partiyasının sabiq başqanı Arif Hacılı oğlu və gəlininin ABŞ-də həbs edilməsi barədə xəbərlərə münasibət bildirərkən deyib.

O qeyd edib ki, ABŞ-də fəaliyyət göstərən ICE adlı qurumun miqrantlara qarşı keçirdiyi genişmiqyaslı reydlər barədə çoxları xəbərdardır:

“Belə reydlərdən birində mənim oğlum və gəlinim də saxlanılıb. Müəyyən soruşdurma və araşdırmalardan sonra onların hər ikisi sərbəst buraxılıb.

Daha irəli gedən nəticələr çıxaranlara da bildirməliyəm ki, Müsavat Partiyası tərəfindən nə oğlum, nə də ailəmin digər üzvləri üçün heç vaxt hər hansı müdafiə sənədi verilməyib və heç bir quruma Müsavat Partiyası adından müraciət edilməyib”.

Xəzər

Loading