20 Noy 2026, C

Deputatdan büdcə ilə bağlı 10 təklif

PAYLAŞIN:

“Bu gün Azərbaycan tarixinin ən şanlı, şərəfli və qürurlu günlərini yaşamağa davam edir. Bu gün dünyada təxminən 100-ə yaxın münaqişə ocağı var. Azərbaycan yeganə ölkədir ki torpaqlarını tam azad edərək münaqişəyə son qoyub. Məhz Prezident İlham Əliyevin həyata keçirdiyi prinsipial və qətiyyətli siyasət nəticəsində bu gün ölkəmiz dünyada orta gücə çevrilib”.

Paraqraf.com-un məlumatına görə, deputat Ceyhun Məmmədov bunu parlamentdəki büdcə müzakirələrində deyib.

Deputat qeyd edib ki, Azərbaycan bütün bu tarixi nailiyyətlərə qısa müddətdə nail olub:

“Eyni zamanda böyük qürur və fəxarət hissi ilə qeyd etməliyik ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün azad olunmuş ərazilərdə də böyük quruculuq və abadlıq işləri həyata keçirilir. Azərbaycan yalnız torpaqlarını azad etmədi, qısa müddətdə ermənilərin viran qoyduğu bu əraziləri yenidən dirçəltdi. Beləliklə bu büdcəni də qələbə büdcəsi adlandıra bilərik”.

ceyhun.jpg (76 KB)

Dövlət büdcəsinə gəldikdə, Ceyhun Məmmədov əvvəlki illərdə olduğu kimi, 2027-ci ilin büdcəsində də bir çox sahələrə əlavə vəsaitlərin ayrılacağını bildirib:

“Bu da dövlətimizin artan gücünü və qüdrətini göstərir. Büdcədə vəsaitin artırılması nəzərdə tutulan sahələrdən biri elm və təhsildir. Bu onu göstərir ki, Prezident İlham Əliyevin və Birinci vitse prezident Mehriban xanım Əliyevanın təhsilə xüsusi diqqət və qayğısı var. Biz eyni münasibəti digər sahələrdə də görürük. Bütün bunlarla yanaşı müəyyən sahələr üzrə bir sıra təkliflərimi bölüşürəm:

1. Cənab Prezident Yeni Azərbaycan Partiyasının qurultayında ideoloji təhdidlərin yalnız fiziki olmadığını vurğulamışdı. O mənada məktəb və bağçalar hazırkı dövrdə həm də ideoloji mərkəz rolunu oynayır. Bu müəssisələrə yanaşmada əsas meyar şəffaflıq və qənaətlə yanaşı, həm də ideoloji funksiya olmalıdır. Onu da qeyd etmək istəyirəm ki, ötən il digər bölgələrdə fəaiyyət göstərən məcburi köçkün məktəblərinin fəaliyyətinin mərhələli məskunlaşdırma aparıldıqca optimallaşdırılmasını təklif etmişdim. Ancaq ötən il bir sıra məktəblərin fəaliyyətinin optimallaşdırlması məskunlaşdırma aparılmadan həyata keçirildi və ya fəaliyyət göstərdikləri ərazilərin təhsil idarələrinə verildi. Fürsətdən istifadə edib aidiyyəti sturkturlardan bu məsələyə bu il daha həssas yanaşılmasını xahiş edirəm.

2. Sertifikasiya ilə bağlı iki məqama toxunmaq istəyirəm. Sertifikasiyadan keçən müəllimlərin maaşları dövlətimizin bilavasitə diqqət və qayğısı ilə artırılır. Bu çox önəmli addımdır. Ancaq düşünürəm maaş artımı ilə bağlı 10 və 35 nisbətinə baxılmasına ehtiyac var. Bu nisbətin ən azından 10, 25, 35 olmasını təklif edirəm.

3. Digər məsələ sertifikasiyada keçən müəllimlərin maaşı artır. Ancaq nəzərə alsaq ki sertifikasiya ümumilikdə uzun prosesdir və sertifikasiyadan keçməyən hələ xeyli müəllimlərimiz var. Onların maaşının az da olsa artırılması bu insanlara böyük dəstək olardı.

4. Ali təhsil müəssisələrində və Milli Elmlər Akademiyasında çalışan alimlərin maaşlarının az da olsa artırılmasına baxılması. Əgər bu mümkün deyilsə ən azından elmi dərəcələrə görə məbləğin artırılmasını təklif edirəm.

5. Bu gün Cənab Prezidentin rəhbərliyi ilə işğaldan azad olunmuş ərazilərdə çox böyük işlər görülür. Aqrar sahənin inkişafı üçün Kənd Təsərüfatı Nazirliyi mühüm layihələr həyata keçirir. Eyni zamanda bölgəyə köçən əhalinin pay torpaqları ilə tez bir zamanda təmin olunması üçün əlavə dəstək tədbirlərinə ehtiyac var.

6. Məktəblər kimi, klub və kitabxanalar hazırkı dövrdə həm də ideoloji mərkəz rolunu oynayır. Bu müəssisələrə yanaşmada da əsas meyar şəffaflıq və qənaətlə yanaşı ideoloji iş olmalıdır. Odur ki, sözügedən müəssisələrin bağlanılmasına, işçilərin ixtirasına daha həssas yanaşılmasını xahiş edirəm.

7. Yuxarıda qeyd etdiyim kimi, bu gün işğaldan azad olunmuş ərazilərdə çox böyük işlər görülür. O cümlədən mənim təmsil etdiyim bölgədə də Cənab Prezidentin bilavasitə yüksək diqqət və qayğısı ilə çox mühüm layihələr həyata keçirilir. Burada bir məsələni qeyd etmək istəyirəm. Cəbrayıl rayonunun Şükürbəyli kəndində çox gözəl orta məktəb və musiqi məktəbi tikilib. Ancaq bu günə kimi hələ də hər iki müəssisənin fəaliyyəti tam təmin olunmayıb. Xahiş edirəm bu məsələ xüsusi diqqətdə saxlanılsın.

8. Bu gün ölkəmizə qarşı aparılan ideoloji işdə əsas hədəf kütləsi gənclərdir. İdeoloji işin, eləcə də gənclər təşkilatlarının, gənclər mərkəzlərinin və olimpiya mərkəzlərinin fəaliyyətinin daha da gücləndirilməsi məqsədilə əlavə dəstək mexanizmlərin işlənilməsi.

9. İllər öncə Cənab Prezidentin bilavasitə diqqət və qayğısı ilə din xadimlərinə maddi dəstəyin verilməsinə başlanıldı. Hesab edirəm imkan daxilində bu dəstəyin az da olsa artırlması həmin insanlara böyük dəstək olardı.

10. Bu gün işğaldan azad olunmuş ərazilərdə dini-tarixi abidələr ən yüksək səviyyədə təmir və bərpa olunur. Bu çox önəmlidir. Düşünürəm digər bölgələrimizdə də tarixi dini abidələrin mərhələli təmiri üçün büdcədən vəsaitin ayrılmasına ehtiyac var. Bu abidələr həm də bizim milli kimliyimizi. Tariximizn qədimliyin göstərir. Biz bu məsələyə də çox həssas yanaşmalıyıq”.

Loading