20 Noy 2026, C

8 Noyabr – Tarixə qızıl hərflərlə yazılan Zəfər

PAYLAŞIN:

Biz qədim dövrlərdən mübariz xalq olmuşuq. Keçmişə nəzər salsaq, Atropatenanın yaranma dövründən başlayaraq igid sərkərdələrimizin döyüşkən və mübariz ruhunun şahidi olarıq. Skit tayfasının qadınları da kişilər kimi mərd və döyüşkən ruhda olmuş, Birinci Dara belə gözünü qırpmadan xalqının azadlığı uğrunda mübarizə aparmışdı.

Cavanşirin ərəblərə öz torpağını verməməsi, Şah İsmayılın türk xalqının dilini və dinini yaşadaraq böyük imperiya qurması, Nadir şahın bu dövlətin məhv olmasına imkan verməməsi, Pənahəli xan və digər vətəninə bağlı xanlıqların vahid Azərbaycan yaratmaq naminə canlarından keçməsi tariximizin mühüm səhifələridir.

Məmməd Əmin Rəsulzadə bu xalqın birliyi naminə digər ziyalılarla birləşərək Azərbaycan Cümhuriyyətini yaratdı. Lakin bu dövləti yaşatmaq və ayaqda saxlamaq üçün kifayət qədər hərbi gücün olmaması onun məhvinə gətirib çıxardı. Buna baxmayaraq, Azərbaycan xalqı sınmadı, bir xalq olaraq yaşadı və ayaqda qaldı.

Heydər Əliyevin hakimiyyətə gəlməsi bu dövlətin vahid Azərbaycan kimi yenidən formalaşmasına və suveren dövlət olaraq azad nəfəs almasına zəmin yaradan ən mühüm amillərdən biri oldu.

Xalqımızın ən şanlı dövrlərindən biri isə İlham Əliyevin rəhbərliyi və düzgün siyasəti nəticəsində yaşandı. Bu siyasət xalqımızın bir millət olaraq birləşməsinə, Qarabağımızın və Şuşamızın azadlığı ilə nəticələnən Zəfərə yol açdı. Bu, tariximizə qızıl hərflərlə yazılan 8 Noyabr idi.

Bu tarixin yazılmasına səbəb qədimdən gələn döyüş ruhumuz, birlik və bərabərliyimiz, keçmişdə atalarımızın və qəhrəmanlarımızın yaratmaq istədiyi vahid Azərbaycan ideyası idi.

Çağdaş dövrümüzün yeni ideologiyasının banisi, müasir Azərbaycan dövlətinin memarı İlham Əliyev xalqının mərd oğullarına və qızlarına inandı. Xalqımız canı və qanı bahasına torpaqlarını geri qaytaran bir xalq kimi tarixə yazıldı.

Min il keçsə də, çox illər ötsədə, bu şanlı Zəfər tarixi heç vaxt unudulmayacaq. Bu dövrü oxuyacaq yeni nəsillər bizimlə fəxr edəcəklər. Bu zəfərin sayəsində müasir və demokratik dövlətdə azad və firavan yaşayacaqlar.

Bu söz isə hər kəsin dilində əzbər olaraq deyiləcək:

Yaşasın Azərbaycan!

Hər kəs bunu biləcək ki, bu xalqın qəhrəman övladı olmaq hər kəsə nəsib olmur.

Nuridə Allahverdiyeva

Paraqraf.com

Loading