19 sentyabr tarixində Çinar plazada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində İnklüziv cəmiyyətin qurulmasına həsr olunmuş “İnklüzivliyin Sirri 12” adlı konfrans keçirildi.
Tədbirin təşkilarçıları: İnclusive Organization Company və Ümidlə Gəl xeyriyyə layihəsinin birgə təşkilatçılığı ilə təşkil edilib.
Tədbir Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti nəzdində Sosial İqtisadi Kollecin rəsmi tərəfdaşlığı, , Ümid Yeri İnklüziv İnkişaf Mərkəzi və Legend Company, Əbədi birlik İB-in təşkilati dəstəyi ilə təşkil olunub.
Konfransın əsas məqsədi inklüziv cəmiyyət ideyasının təşviqi, xüsusi qayğıya ehtiyacı olan şəxslərin cəmiyyətə inteqrasiyasının dəstəklənməsi, onların potensial imkanlarının üzə çıxarılması istiqamətində mütəxəssislərin rolunun vurğulanması, eləcə də ictimai maarifləndirmənin gücləndirilməsi oldu.
İki paneldən ibarət olan konfransda dövlət qurumlarının nümayəndələri, millət vəkilləri, təhsil, səhiyyə, psixologiya və inklüziv inkişaf sahəsində fəaliyyət göstərən mütəxəssislər iştirak edərək aktual mövzular ətrafında çıxışlar etdilər.
Konfransın sonunda inklüziv dəyərlərin təbliğinə və layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə bir sıra şəxslər təltif olundular.


![]()

