24 Sen 2026, Ca

Bir il, minlərlə xəbər: 1 yaşımızı qeyd edirik

PAYLAŞIN:

Bu gün xəbər və informasiya portalımızın fəaliyyətə başlamasından bir il ötür.

Fəaliyyətə başladığı ilk gündən əsas məqsədimiz oxuculara operativ, obyektiv və etibarlı informasiya çatdırmaq, cəmiyyət üçün aktual məsələləri işıqlandırmaq və sözümüzü məsuliyyətlə demək olub.

Ötən bir il ərzində fəaliyyətimizdə mühüm uğurlar, yeni layihələr, maraqlı əməkdaşlıqlar və müxtəlif istiqamətlər üzrə media təşəbbüsləri həyata keçirilib.

Birinci ilimizin tamamlanması münasibətilə inkişafımızda əməyi olan bütün əməkdaşlara, jurnalistlərə, yaradıcı heyətə və fəaliyyətimizə dəstək göstərən hər kəsə təşəkkür edirik.

Xüsusi təşəkkürümüz bizə etimad göstərən Medianın İnkişafı Agentliyinə, eləcə də fəaliyyətimizi daim izləyən, xəbərlərimizə maraq göstərən dəyərli oxucularımıza ünvanlanır.

Bir il bizim üçün yalnız zaman göstəricisi deyil, həm də böyük təcrübə, yeni tanışlıqlar, uğurlar, çətinliklər və gələcək üçün daha böyük hədəflər deməkdir.

Bundan sonra da oxucularımıza daha keyfiyyətli, çevik və maraqlı media məhsulları təqdim etməyi, yeni layihələr həyata keçirməyi və fəaliyyətimizi daha da inkişaf etdirməyi qarşıya məqsəd qoyuruq.

İlk ilimizdə yanımızda olan hər kəsə təşəkkür edirik.

Bir yaşımız mübarək!

Loading