22 Sen 2026, Ça

Aİ Usmanovu sanksiyalar siyahısından çıxaracaq – Əfdə Azərbaycan izi

PAYLAŞIN:

Avropa İttifaqı səfirləri Rusiya ilə əlaqəli təxminən 3000 şəxs və təşkilata qarşı sanksiyaları birdən-birə üç il müddətinə uzatmaq barədə razılığa gəliblər.

Paraqraf.com xarici mediaya istinadla xəbər verir ki, səfirlər yalnız iki tanınmış rus iş adamının – Əlişir Usmanov və Mixail Fridmanın sanksiya siyahısından çıxarılması ilə bağlı razılığa gəliblər.

Təşəbbüskar sentyabrın əvvəlində gözlənilmədən alyansın digər üzvləri üçün milli təhlükəsizlik mülahizələrini əsas gətirərək Usmanova qarşı sanksiyaların ləğvini müdafiə edən Fransa olub. Diplomatik mənbələrə görə, əsl səbəb ən azı iki Fransa vətəndaşının saxlanıldığı Azərbaycandan təzyiq ola bilər.

Parisdən sonra Lüksemburq Fridman üçün də oxşar şərtlər tələb edib – iş adamı aktivlərinin dondurulması səbəbindən ölkəyə qarşı 16 milyard dollarlıq iddia qaldırmışdı və hakimiyyət sanksiyaların saxlanılmasının məhkəmədəki mövqelərini zəiflədəcəyindən narahat idi.

Razılaşmaya son maneə uzun müddətdir ki, Moskvaya təzyiqi azaltmağın zamanı olmadığını iddia edərək müqaviləni dəstəkləməkdən imtina edən Latviya idi. 22 sentyabrda Latviya qərarı bloklamadı və bu da lazımi yekdilliyin əldə edilməsinə imkan verdi.

Usmanov və Fridman 2022-ci ildən bəri Aİ sanksiyaları altındadırlar. Aİ Usmanovun siyahıya salınması qərarında onun Rusiya prezidenti Vladimir Putinlə “son dərəcə yaxın əlaqələrini” qeyd ediB.

2024-cü ildə Aİ Ədalət Məhkəməsi kifayət qədər dəlil olmadığı üçün Fridmana qarşı bəzi sanksiyaları ləğv edib, lakin bu, onun siyahıdan çıxarılması ilə nəticələnmədi, çünki Aİ Şurası o vaxta qədər yeni sanksiyalar qəbul etmişdi.

Onu da qeyd edək ki, hər iki şəxs etnik rus deyillər, Əlişir Usmanov özbək, Mixail Fridman isə yəhudidir.

Loading