Skip to content
14 May 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2026
  • May
  • 12
  • Psixoloq: “Şizofreniyası olan insanlara qarşı damğalayıcı münasibət deyil, anlayış və peşəkar dəstək vacibdir”

Psixoloq: “Şizofreniyası olan insanlara qarşı damğalayıcı münasibət deyil, anlayış və peşəkar dəstək vacibdir”

admin 12 May 2026 4 minutes read
IMG-20260512-WA0004
PAYLAŞIN:

Şizofreniya ciddi və kompleks psixi xəstəliklərdən biridir. Bu xəstəliyə dünyada təxminən hər 100 nəfərdən birində rast gəlinir. Şizofreniyası olan insanlarda düşüncə və qavrama pozuntuları baş verir. Həmin şəxslərin danışıq və davranışlarında da müəyyən dəyişikliklər müşahidə olunur.

Psixoloq Dilbər Bəhmənli “Paraqraf.com”a bildirib ki, şizofreniya beynin düşünmə, qavrama, yaddaş, diqqət və davranış funksiyalarına təsir edən ciddi psixi və neyrokoqnitiv pozuntudur:

“Bu xəstəlik zamanı insanın reallığı qiymətləndirmə qabiliyyəti zəifləyə bilər və şəxs gerçək olmayan hadisələri həqiqət kimi qəbul edə bilər. Şizofreniya psixozla müşayiət olunan xəstəliklərdən biridir.

Psixoz insanın reallıqla əlaqəsinin pozulduğu vəziyyətdir. Yəni insan olmayan səsləri eşidə, mövcud olmayan hadisələrə inana və ya ətrafdakı insanların ona zərər vermək istədiyini düşünə bilər. Məsələn, şəxs evdə tək olduğu halda kiminsə onun adını çağırdığını eşidə və bunu tam real hesab edə bilər. Bəzən insan düşünür ki, telefonuna qulaq asılır, insanlar onu izləyir və ya televizordan ona gizli mesajlar göndərilir. Bu düşüncələr ona olduqca real görünür və insan əksini qəbul etməkdə çətinlik çəkir”.

O qeyd edib ki, şizofreniyada ən çox müşahidə olunan əlamətlərdən biri hallüsinasiyalardır:

“Hallüsinasiya olmayan bir şeyi görmək, eşitmək və ya hiss etməkdir. Ən çox eşitmə hallüsinasiyası müşahidə olunur. Məsələn, insan otaqda heç kim olmadığı halda səslər eşidə bilər və bu səslər bəzən onu təhqir edə və ya ona müəyyən hərəkətlər etməyi əmr edə bilər.

Digər əsas əlamətlərdən biri isə sayıqlamalardır. Sayıqlama gerçək olmayan, amma insanın tam inandığı düşüncələrdir. Məsələn, şəxs düşünə bilər ki, qonşular onu izləyir və ya hər kəs onun haqqında danışır. Şizofreniyada düşüncə və nitq pozuntuları da müşahidə olunur. İnsan danışarkən mövzudan mövzuya keçə, cümlələri qarışıq qura bilər. Bəzən dedikləri qarşı tərəfə məntiqsiz və əlaqəsiz görünür.

Davranışlarda da dəyişikliklər baş verir. Məsələn, insan səbəbsiz gülə, uzun müddət eyni nöqtəyə baxa, öz-özünə danışa və ya qeyri-adi hərəkətlər edə bilər”.

Psixoloq əlavə edib ki, şizofreniyada mənfi simptomlar da müşahidə olunur:

“Bu zaman insan emosiyalarını daha az göstərir, insanlardan uzaqlaşır, motivasiyası azalır və gündəlik işlərə qarşı laqeyd yanaşır. Məsələn, əvvəllər aktiv və sosial olan biri zamanla otaqdan çıxmamağa başlaya bilər. Şəxsi gigiyenaya diqqət azalır və insan əvvəlki maraqlarını itirə bilir. Bu xəstəlik diqqət, yaddaş, plan qurmaq və qərar vermək kimi koqnitiv funksiyalara da təsir edir. İnsan sadə gündəlik işləri belə planlaşdırmaqda çətinlik çəkə bilər”.

Dilbər Bəhmənlinin sözlərinə görə, şizofreniya xarakter zəifliyi və ya ərköyünlük deyil:

“Bu xəstəlik mütləq psixiatrik müdaxilə tələb edir. Erkən diaqnoz və düzgün müalicə simptomların idarə olunmasına, insanın sosial həyata uyğunlaşmasına kömək edir. Müalicədə əsasən antipsixotik dərmanlar, psixoterapiya, ailə dəstəyi və sosial reabilitasiya tətbiq olunur. Şizofreniyası olan insanlara qarşı damğalayıcı münasibət deyil, anlayış və peşəkar dəstək vacibdir”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Visited 19 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Həsən Məmmədov: “İran nüvə silahından imtina edərsə, İranla ABŞ arasında diplomatik razılıqlar əldə olunacaq”
Next: Azərbaycan nefti cüzi bahalaşıb

OXŞAR MÖVZULAR

s1s2NTY3dAhdXK9UAFZguPnmENzlNoYaN4BON7Kd_1200

Ağakərim Səmədzadə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini təyin olunub

admin 14 May 2026
WhatsApp Image 2026-05-14 at 08.43.19

“ABŞ və Çin arasında yaxın dövrdə ticarət və investisiya sahəsində güzəştlər mümkündür” – ŞƏRH

admin 14 May 2026
WhatsApp Image 2026-05-14 at 08.45.25

Psixoloq: “Alfa qadın zərifliyini hər zaman saxlayır”

admin 14 May 2026

XƏBƏR LENTİ

Ceki Çanın iştirakı ilə “Tanrının yaraqları 4” filminin bir hissəsi Azərbaycanda çəkiləcək C6C5Ht9NgLFUumXWOi9QXMEnLtU2DQ5LmYJGlOZ4_1200

Ceki Çanın iştirakı ilə “Tanrının yaraqları 4” filminin bir hissəsi Azərbaycanda çəkiləcək

14 May 2026
Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək nOkO9rweyu5knjaTj9YNJCniwy0gXax2xdrylVoh_1200

Naxçıvan Dövlət Kukla Teatrı Ərzurum teatrları ilə əməkdaşlıq edəcək

14 May 2026
Azərbaycan nefti cüzi ucuzlaşıb 5WPcsI7uwZl4MCs22IxpBRgxQbSzwMP0GeTfmRrq_1200

Azərbaycan nefti cüzi ucuzlaşıb

14 May 2026
Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib 0lcwkxIy4MOdOGzel8I9nBAvHxEQEFD3m0jULCPi_1200

Azərbaycanda 3 elektron pul təşkilatının lisenziyaları ləğv edilib

14 May 2026
WUF13-ün ilk günündə nazirlər görüşəcək, Sədrin Xülasəsi sənədi qəbul olunacaq TYOCfKsr0Xf3vkMCSjVVj80gh9SxF0OX93xAF9lu_1200

WUF13-ün ilk günündə nazirlər görüşəcək, Sədrin Xülasəsi sənədi qəbul olunacaq

14 May 2026
Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir cc02c582-3f5b-3583-b5d7-7a4283776893_1200

Quterreş: BMT Azərbaycanın çoxtərəfli əməkdaşlığa sadiqliyini yüksək qiymətləndirir

14 May 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.