Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Həsən Məmmədov: “İran nüvə silahından imtina edərsə, İranla ABŞ arasında diplomatik razılıqlar əldə olunacaq”
MANŞETÖZƏL

Həsən Məmmədov: “İran nüvə silahından imtina edərsə, İranla ABŞ arasında diplomatik razılıqlar əldə olunacaq”

12 May 2026 2 Min Read
PAYLAŞIN:

“ABŞ Prezidenti Donald Tramp İranla hərbi münaqişəyə diplomatik yolla son qoymaq niyyətindədir, lakin bu səylər uğursuz olarsa, o, hərbi əməliyyatlara yenidən başlamağa hazırdır”.

Bunu ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts deyib.

Jurnalist, siyasi şərhçi Həsən Məmmədov “Paraqraf.com”a bildirib ki, ABŞ Prezidenti Donald Trampın İranla bağlı hərbi münaqişəni diplomatik yollarla həll etmək niyyəti ilə paralel olaraq, hərbi əməliyyatlara da hazır olduğunu bildirməsi regionda vəziyyətin gərgin olaraq qaldığını göstərir:

“Bu cür yanaşma diplomatiya üçün qapıların açıq olduğunu göstərsə də, digər tərəfdən təzyiq və güc siyasətinin davam etdiyini ortaya qoyur. İranın diplomatiya baxımından bir neçə mühüm şansı var. Tehran beynəlxalq vasitəçilərə üz tuta, xüsusilə də BMT, Avropa İttifaqı və region ölkələrinin vasitəsilə dialoqu aktivləşdirə bilər”.

Şərhçi əlavə edib ki, tarixdə İranla Qərb arasında müəyyən razılaşmalar əldə olunub:

“Həmin razılaşmalardan biri də nüvə sazişi olub. Çoxvektorlu danışıqlar nəticəsində bu məsələlərin həlli mümkün olub. Digər tərəfdən isə qarşılıqlı etimadın bərpası üçün mərhələli şəkildə addımlar atıla bilər. Sanksiyaların yumşaldılması təqdirdə İranın nüvə proqramı və regional siyasəti ilə bağlı müəyyən şəffaflıq yarana bilər. Məsələn, İran nüvə silahından imtina edərsə, sanksiyalar yumşaldılar və İranla ABŞ arasında yenidən diplomatik razılıqlar əldə olunar”.

Həsən Məmmədovun sözlərinə görə, ABŞ hərbi variantı açıq saxladığı müddətdə münaqişə uzun müddət davam edə bilər:

“Bundan əlavə, əgər münaqişə güc yolu ilə həll olunarsa, bu, regionda daha genişmiqyaslı qeyri-sabitlik və yeni müharibə ocaqları riskini artıra bilər. Buna görə də beynəlxalq yanaşmalarda əsas diqqət hərbi təzyiqə deyil, danışıqlara və diplomatik dialoqa yönəlməlidir. İran üçün diplomatiya açıq imkan olaraq qalır. Bu imkanların reallaşması qarşılıqlı etimadın bərpasından və güc siyasətindən uzaqlaşmaqdan asılıdır. Tramp administrasiyasının İranla bağlı hərbi mövqeyini yumşaltması ABŞ-nin 2015-ci ildəki İran-Amerika diplomatik əlaqələrinə qayıtması ilə mümkün ola bilər. Lakin ABŞ sərt hərbi ritorikasından geri çəkilməyəcəyi halda, bu münaqişə davam edəcək”.

 

Kəmalə Vəliyeva

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident İlham Əliyev BP şirkətinin baş icraçı direktorunu qəbul edib

Next

Psixoloq: “Şizofreniyası olan insanlara qarşı damğalayıcı münasibət deyil, anlayış və peşəkar dəstək vacibdir”

Copyright 2026— Praqraf.com. All rights reserved